Vakansiya haqqında
Vəzifə haqqında:
BEOC
Qum adasında yükqaldırma əməliyyatlarının təhlükəsiz və səmərəli həyata
keçirilməsini dəstəkləmək, anbarda saxlanılan yükqaldırma avadanlıqlarının
texniki yararlılığına, düzgün saxlanılmasına, sertifikatlarına və
inventarına nəzarət etmək məqsədilə Takelaj təchizatı üzrə koordinator
vakansiyası üzrə müsabiqəni açıq elan edir. Bu vəzifə yükqaldırma
avadanlıqlarının şirkət prosedurlarına, sənaye standartlarına və normativ
tələblərə uyğun idarə olunmasını əhatə edir.
Əsas vəzifə öhdəlikləri:
Anbarda
saxlanılan yükqaldırma avadanlıqlarının və aksesuarlarının texniki
yararlılığına nəzarət etmək.
Avadanlıqların
istifadəsindən əvvəl vizual və dövri yoxlamalarını həyata keçirmək.
Nasaz
və istifadəyə yararsız avadanlıqları aşkar etmək və istismardan çıxarmaq.
Yükqaldırma
avadanlıqlarının qeydiyyatını və inventar reyestrini aparmaq.
Avadanlıqlara
aid sertifikatların və digər müvafiq sənədlərin tamlığını və qüvvədə
olmasını təmin etmək.
Yükqaldırma
avadanlıqlarının və aksesuarlarının düzgün saxlanılmasına nəzarət etmək.
Avadanlıqların
texniki qulluğunun və yararlılığının qorunması ilə bağlı tədbirlərin həyata
keçirilməsinə dəstək vermək.
Yükqaldırma
avadanlıqlarının və aksesuarlarının anbardan verilməsini və inventar
uçotunu müəyyən edilmiş qaydada təşkil etmək.
Avadanlıqlarda
və aksesuarlarda aşkar edilmiş nasazlıqların araşdırılmasına kömək etmək və
müvafiq məlumatları aidiyyəti şəxslərə çatdırmaq.
İşə
başlamazdan əvvəl, iş zamanı və iş başa çatdıqdan sonra əməyin təhlükəsizliyi
qaydalarına riayət etmək.
Tələblər və kvalifikasiyalar:
Təhsil:
Orta təhsil və ya ona ekvivalent təhsil; texniki ixtisas üzrə təhsil
üstünlükdür.
Sertifikatlar
və təlimlər: LEEA üzrə, yükqaldırma və takelaj sahəsində səriştə,
yükqaldırma avadanlıqlarının yoxlanılması və əməyin təhlükəsizliyi (HSE)
üzrə təlimlər.
İş təcrübəsi:
Yükqaldırma avadanlıqlarının idarə olunması, avadanlıq anbarının fəaliyyəti
və ya yükqaldırma əməliyyatları sahəsində 3–5 il iş təcrübəsi.
Texniki
bilik və bacarıqlar: Yükqaldırma və takelaj prinsipləri, təhlükəsiz
yükqaldırma qaydaları, yükqaldırma planlarının və yükqaldırma qabiliyyəti
cədvəllərinin oxunması, avadanlıqların və aksesuarların texniki
yararlılığının qiymətləndirilməsi, yükün çəkisinin və ağırlıq mərkəzinin
müəyyən edilməsi, yükqaldırma risklərinin qiymətləndirilməsi.
Davranış
səriştələri: Təhlükəsizlik və risk intizamı, davamlı öyrənmə və təkmilləşdirmə,
əməkdaşlıq və komanda işi, məsuliyyət, dürüstlük və hesabatlılıq,
insanlara və iş mühitinə qayğı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
