Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən
birində Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri vəzifəsi üzrə vakansiya
elan olunur.
Əsas vəzifə öhdəlikləri:
Anbar
Menecerinin tapşırıqları əsasında yoxlama planını hazırlamaq və icrasını təşkil
etmək;
Bölmə əməkdaşları
arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək;
Mərkəzi
anbar, layihə anbarları və layihə sahələrində aparılan yoxlama proseslərinə
rəhbərlik etmək;
Fiziki
anbar qalıqlarının ERP sistemindəki məlumatlarla uyğunluğunu yoxlamaq;
Məhsulların
layihələrə və sahələrə düzgün verilməsinə nəzarət etmək;
Məhsul
hərəkətlərinin müvafiq sənədlər əsasında rəsmiləşdirilməsini yoxlamaq;
SRF,
PRF, təhvil-təslim və digər sənədlərdəki məlumatları faktiki məhsul hərəkətləri
ilə müqayisə etmək;
Sistem
və fiziki qalıqlar arasında yaranan fərqləri, artıq və əskik məhsulları,
eləcə də sistemdə düzgün əks olunmayan məlumatları müəyyən etmək;
Aşkar
edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılmasını təşkil etmək və
onların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək;
Aparılan
yoxlamaların nəticələrini ümumiləşdirmək, gündəlik, həftəlik və zəruri
hallarda aylıq hesabatlar hazırlamaq;
Yoxlama
nəticələri və aşkar edilmiş problemlər barədə birbaşa Anbar Menecerinə məlumat
vermək;
Anbar
Menecerinin digər yoxlama və nəzarət tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər:
Anbar
təsərrüfatı, inventarizasiya və ya müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
Ezamiyyətlərdə
iştirak etmək imkanı və ezamiyyətə açıq olmaq;
MS
Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı;
Analitik
düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı;
Yüksək
məsuliyyətlilik, diqqətlilik və punktuallıq;
Komanda
idarəetmə və təşkilatçılıq bacarıqları.
Əmək şəraiti:
İş
yeri: Xırdalan şəhəri
İş
qrafiki: 5 günlük, 09:00–18:00
Əməkhaqqı:
800–1000 AZN
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
