Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AT-Geotech

Layihələrin koordinasiyası üzrə menecer

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Layihələrin koordinasiyası üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur. Vəzifə öhdəlikləri Gündəlik fəaliyyətlərin təşkili və koordinasiyasını təmin etmək; Komandanın idarə olunmasını və iş bölgüsünün aparılmasını həyata keçirmək; Sənədlərin arxivləşdirilməsinə və sənəd dövriyyəsinə nəzarət etmək; Layihə ilə bağlı hesabat və məlumatları hazırlamaq, şöbələr arasında məlumat mübadiləsini təmin etmək; Layihə üzrə ilkin iş həcmləri ilə tanış olmaq, faktiki icranı monitorinq etmək və nəzarətdə saxlamaq; İlkin və faktiki koordinatları Google Earth və Global Mapper proqramlarında emal etmək; Quyularda əyilmə, sürüşmə və kernin yatım istiqamətinin təyin edilməsi üçün sahədən daxil olan məlumatları Reflex EZ-Track, Excel və Inclino proqramlarında emal və təhlil etmək; Sukeçiricilik, Packer, pressiyometr, datalogger, vibropiezometr, dipmeter və digər sahə testlərinə aid sənədləri emal etmək; Sahədən göndərilən kern yeşikləri və nümunələr üzrə təhvil-təslim aktlarını qəbul etmək və müvafiq sənədlərin mövcudluğunu təmin etmək; Sahə məlumatlarını və sənədləri təhlil etmək, zərurət yarandıqda məlumatları sahə əməkdaşları ilə dəqiqləşdirmək; Hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması üçün faktiki iş həcmlərinə dair cədvəllər tərtib etmək. Tələblər Müvafiq sahə üzrə ali təhsil arzuolunandır; Layihələrin koordinasiyası, sənədləşmə və hesabatların hazırlanması sahəsində minumum 2-4 il təcrübə; MS Excel və digər MS Office proqramları ilə işləmək bacarığı; Google Earth və Global Mapper proqramlarında işləmək bacarığı; Texniki sənədlərlə və sahə məlumatları ilə işləmək bacarığı; Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma; Komandada işləmək, işləri planlaşdırmaq və vaxtında icra etmək bacarığı; Məsuliyyətlilik və ünsiyyət bacarıqları. Əmək şəraiti: İş yeri: Xırdalan şəhəri İş qrafiki: 6 günlük Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaqdır

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.