Vakansiya haqqında
İşin təsviri:
Mobifon
Electronics komandası üçün sosial media platformalarının idarə olunması, məhsulların
tanıdılması və müştəri cəlbi istiqamətində fəaliyyət göstərəcək kreativ və
ünsiyyətcil əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri:
TikTok,
Instagram və Facebook hesablarının aktiv idarə olunması;
TikTok
platformasında mütəmadi canlı yayımların keçirilməsi;
Canlı
yayımlarda iPhone və digər elektronika məhsullarının təqdimatı və reklamı;
Məhsulların
satışını stimullaşdıran kontentlərin hazırlanması;
Sosial
media hesablarının aktivliyinin və izləyici sayının artırılması;
Potensial
müştərilərin cəlb edilməsi və müraciətlərin yönləndirilməsi;
Reklam
və tanıtım kampaniyalarının həyata keçirilməsi.
Namizədə tələblər:
TikTok,
Instagram və Facebook platformalarını yaxşı bilmək;
Kamera
qarşısında sərbəst danışmaq və canlı yayım aparmaq bacarığı;
Yüksək
ünsiyyət və təqdimat qabiliyyəti;
Kreativ
düşüncə və təşəbbüskarlıq;
Satış
yönümlü yanaşma;
Sosial
media sahəsində iş təcrübəsi mütləqdir
Özünü kamera qarşısında rahat ifadə edən, auditoriyanın diqqətini
cəlb etməyi bacaran, məhsulları maraqlı təqdim edən və sosial media vasitəsilə
satışların artmasına töhfə verə biləcək əməkdaş.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
