Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzTelco Group

Daxili Satınalma üzrə Mütəxəssis

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır. Vəzifə Öhdəlikləri: Şirkətin daxili satınalma ehtiyaclarını müəyyənləşdirmək və satınalma prosesini təşkil etmək; Təchizatçıların araşdırılması, kommersiya təkliflərinin alınması və qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə müqayisəli təhlilini aparmaq; Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq; Satınalma sifarişləri, müqavilələr və digər sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini təmin etmək; Sifarişlərin icrasını, məhsul və xidmətlərin vaxtında və tələb olunan keyfiyyətdə təqdim edilməsini izləmək; Təchizatçıların fəaliyyətini qiymətləndirmək və satınalma xərclərinin optimallaşdırılması üzrə təkliflər vermək; Satınalma sənədlərini və məlumat bazasını idarə etmək, hesabatlar hazırlamaq və aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək; Satınalma proseslərinin daxili siyasət və prosedurlara uyğun həyata keçirilməsini təmin etmək və rəhbərliyin tapşırıqlarını icra etmək. Tələb Olunan Bilik və Bacarıqlar: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə); Satınalma, Təchizat, Logistika və ya əlaqəli sahə üzrə minimum 2 il iş təcrübəsi; Microsoft Office (Word,Excel, Powerpoint) xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək; ERP və satınalma sistemlərində işləmək bacarığı; 1C proqramında işləmək bacarığı; Müqavilə və satınalma sənədləri ilə işləmək bacarığı; Azərbaycan dilini səlis bilmək, İngilis və/və ya Rus dilini bilmək üstünlükdür. Təklif Edilir: Şirkət tərəfindən nahar təminatı; Korporativ nömrə.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.