Vakansiya haqqında
Təsvir
Müəssisənin
texniki avadanlıqlarına, su təchizatı, kanalizasiya və digər mühəndis-kommunikasiya
sistemlərinə mütəmadi texniki baxış keçirmək.
Avadanlıq
və sistemlərdə yaranan nasazlıqları müəyyən etmək, onların səbəblərini
araşdırmaq və aradan qaldırmaq.
Planlı
profilaktik texniki xidmət və təmir işlərini həyata keçirmək.
Su
boruları, kranlar, ventil, nasoslar və digər texniki qurğuların
quraşdırılması, təmiri və dəyişdirilməsini təmin etmək.
Mexaniki
avadanlıqların və mühəndis-kommunikasiya sistemlərinin düzgün istismarına
nəzarət etmək.
Texniki
nasazlıqlar və qəza halları zamanı operativ müdaxilə etmək, zəruri
hallarda aidiyyəti üzrə məlumat vermək.
Təmir
və texniki xidmət işləri zamanı tələb olunan alət və materiallardan təyinatına
uyğun istifadə etmək.
Görülmüş
texniki xidmət və təmir işləri barədə müvafiq qeydlər aparmaq və
hesabatlılığı təmin etmək.
İş
zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və
sanitariya qaydalarına riayət etmək.
Texniki
avadanlıqların və iş alətlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək.
Müəssisənin
fasiləsiz fəaliyyətinə mane ola biləcək texniki problemlərin qarşısının
alınması üçün müvafiq tədbirlər görmək.
Rəhbərlik
tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları
yerinə yetirmək.
Tələblər
Mexanik,
mühəndislik və ya santexnika sahəsində orta ixtisas və ya ali təhsil.
Müvafiq
sahə üzrə minimum 1 il iş təcrübəsi.
Texniki
avadanlıqların quraşdırılması, istismarı və təmiri üzrə biliklər.
Su təchizatı,
kanalizasiya və digər mühəndis-kommunikasiya sistemləri ilə işləmək
bacarığı.
Nasazlıqların
operativ aşkar edilməsi və aradan qaldırılması üzrə praktiki bacarıqlar.
Texniki
təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək.
Profilaktik
baxış və texniki servis işlərini həyata keçirmək bacarığı.
Məsuliyyətli,
intizamlı və komanda ilə işləmək bacarığı.
İşlərin
vaxtında və keyfiyyətli icrasına diqqətli yanaşma.
Fövqəladə
hallarda çevik qərarvermə və problem həll etmə bacarığı.
Vakansiya növü - Tam ştat
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
