Vakansiya haqqında
SmartPlate komandasına təcrübəli Qənnadçı axtarırıq!
Məhsullarımız şəkərsiz, glutensizdir.
Biz öz işini sevən, təmizliyə önəm verən və hazırladığı hər
məhsula sevgi ilə yanaşan bir komanda yoldaşı axtarırıq.
Bizim üçün təkcə peşəkar təcrübə deyil, insanın xarakteri də
önəmlidir. Mehribanlıq, təmizlik və öz işinə sevgi bizim üçün əsas
meyarlardır.
Sizə nə təklif edirik?
Səmimi
və mehriban iş mühiti
Razılaşma
əsasında müəyyən edilən iş qrafiki
Həftədə
6 iş günü
Rəsmi
işə qəbul
Başlanğıc
əməkhaqqı təcrübənizdən asılı olaraq müəyyən edilir. Məqsədimiz əməkhaqqının
mərhələli şəkildə ayda 1 000 AZN xalis məbləğə çatmasıdır.
Bizdə əsas məsələ sərt iş rejimi deyil, məsuliyyət,
qarşılıqlı hörmət və görülən işin keyfiyyətidir. İnsanların özlərini rahat hiss
etdiyi və həvəslə çalışdığı bir mühit yaratmağa önəm veririk.
Əgər qənnadçılığı sevirsinizsə, təmizliyə diqqət
yetirirsinizsə və mehriban komandada işləmək istəyirsinizsə, sizi SmartPlate
ailəsinə qoşulmağa dəvət edirik!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
