Vakansiya haqqında
Niyə bu vəzifə?
Camal
LTD 1998-dən bəri öz istehsalı olan Iceland dondurmaları ilə yanaşı Mars,
Snickers, Twix, Oreo, Milka, Alpen Gold, McCain, Bonduelle, London Dairy
kimi qlobal brendlərin rəsmi distributorudur. Yeni qurulan marketinq
komandamız üçün məhsul fotolarını peşəkar emal edən, onları kataloq, sayt
və çap materiallarına çevirən və sosial media üçün kreativ vizuallar
yaradan dizayner axtarırıq. Əsas fokus statik dizayndır, lakin video
montaj, motion və foto çəkiliş bacarıqları olan namizədlər bu istiqamətlərdə
də inkişaf edə biləcək.
Vəzifə öhdəlikləri:
Çəkilmiş
məhsul fotolarını (qablaşdırılmış və açıq formada) retuş etmək, fondan
ayırmaq, rəng və işığı standartlaşdırmaq.
Məhsul
şəkillərindən vahid üslubda vizual baza yaratmaq və onu idarə etmək.
Sosial
media üçün kreativ post, story, karusel və reklam vizualları hazırlamaq,
kampaniyalar üçün vizual konseptlər yaratmaq.
B2B və
B2C kataloqlarının, bukletlərin və digər çap materiallarının dizaynı və
maketlənməsi.
Banner,
poster, lightbox və mağazadaxili reklam materiallarının hazırlanması.
Sayt
üçün məhsul şəkilləri və vizual elementlərin hazırlanması.
Marketinq
komandası ilə birlikdə kreativ ideyaların hazırlanmasında iştirak etmək.
Bütün
materialların brendbuka və partnyor brendlərin vizual qaydalarına
uyğunluğunu təmin etmək.
Çap
evləri ilə fayl hazırlığı və texniki uyğunlaşdırma üzrə işləmək.
Tələblər:
Qrafik
dizayn sahəsində minimum 1 il təcrübə.
Adobe
Photoshop-da yüksək səviyyədə retuş və fon ayırma (clipping path)
bacarığı.
Adobe
Illustrator və InDesign proqramlarını yüksək səviyyədə bilmək.
Çoxsəhifəli
kataloq və çap materiallarının maketlənməsi təcrübəsi.
Çap
üçün fayl hazırlığı qaydalarını bilmək (CMYK, bleed, çözünürlük, rəng
profilləri).
Kreativ
düşüncə, detallara diqqət və vaxt idarəetməsi.
Portfolio
təqdim etmək (məcburi, məhsul retuşu, çap və sosial media işləri nümunələri
ilə).
Üstünlük hesab olunur:
Reklam
agentliyində (Digital/Creative Agency) ən az 2 il iş təcrübəsi.
FMCG və
ya qida sektorunda məhsul vizualları üzrə təcrübə.
Sosial
media trendlərini izləmək və vizual trendləri layihələrdə tətbiq etmək
bacarığı.
Qısa
video montaj və motion dizayn bacarığı (CapCut, Premiere Pro, After
Effects).
Məhsul
foto və video çəkilişi üzrə praktiki biliklər.
AI alətləri
ilə təcrübə (Adobe Firefly, Freepik AI, Midjourney, Higgsfield və s.).
Figma
bilikləri.
İş şəraiti:
Əmək
haqqı: 1200–1300 AZN (gross), portfolio və təcrübəyə görə.
İş
qrafiki: 6 günlük.
Nahar
və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
Ünvan:
Sulutəpə qəs., R.Allahverdiyev küç., döngə 9/21D
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
