Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü
GLODEMIA şirkətlər, təhsil müəssisələri və digər təşkilatlarla
strateji əməkdaşlıqlar quracaq, tələbələr üçün inkişaf imkanları yaradacaq və
müxtəlif tədbirlərin təşkilini həyata keçirəcək Korporativ Tərəfdaşlıqlar
və Tədbirlər üzrə Mütəxəssis axtarır.
Bu vəzifənin əsas istiqamətlərindən biri 16–17 yaşlı şagirdlər
üçün universitet müraciətlərində faydalı ola biləcək dərsdənkənar fəaliyyətlərin
təşkili, korporativ mentorluq proqramlarının yaradılması və peşəkar inkişaf
layihələrinin həyata keçirilməsidir.
Vəzifə öhdəlikləri
Yerli
və beynəlxalq şirkətlər, məktəblər, universitetlər, QHT-lər və digər təşkilatlarla
əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi;
Korporativ
tərəfdaşlıq təkliflərinin hazırlanması və danışıqların aparılması;
Şagirdlər
üçün korporativ dəstəkli dərsdənkənar fəaliyyətlərin təşkili;
Karyera
tanıtımı proqramlarının, şirkət ziyarətlərinin, mentorluq layihələrinin və
təlimlərin koordinasiyası;
Liderlik
proqramlarının, biznes yarışlarının, sahibkarlıq layihələrinin və sosial təşəbbüslərin
təşkili;
Şagirdlərin
universitet müraciətləri üçün faydalı təcrübə və nailiyyətlər qazanmasına
dəstək olan layihələrin hazırlanması;
Xaricdə
təhsil sərgilərinin, universitet təqdimatlarının, seminarların və digər tədbirlərin
təşkili;
Tədbirlərin
planlaşdırılması, logistika, qeydiyyat və iştirakçı kommunikasiyasının
idarə edilməsi;
Məktəblər,
universitetlər və korporativ nümayəndələrlə uzunmüddətli əlaqələrin
qurulması;
Xaricdə
təhsil şöbəsi ilə birlikdə tələbələrin akademik və şəxsi inkişafına yönəlmiş
proqramların hazırlanması;
GLODEMIA
Tələbə Şurasının və tələbə təşəbbüslərinin dəstəklənməsi;
Yetkinlik
yaşına çatmayan iştirakçılar üçün valideyn razılığı, nəzarət və təhlükəsizlik
prosedurlarına riayət edilməsinin təmin olunması;
Tərəfdaşlıq
və tədbirlərin nəticələrinin təhlili, müvafiq hesabatların hazırlanması;
Korporativ
təqdimatların, əməkdaşlıq təkliflərinin və rəsmi yazışmaların
hazırlanması.
Namizədə tələblər
Yüksək
səviyyədə kommunikasiya, danışıqlar və təqdimat bacarıqları;
Güclü
təşkilatçılıq və layihə idarəetmə bacarıqları;
Korporativ
nümayəndələr və rəhbər şəxslərlə peşəkar ünsiyyət qurmaq bacarığı;
Tədbir,
seminar və təlimlərin təşkili üzrə təcrübə;
Azərbaycan
dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə biliklər;
Rus
dili biliyi üstünlükdür;
Müstəqil
işləmək və bir neçə layihəni paralel idarə etmək bacarığı;
Təhsil
müəssisələri, QHT-lər və gənclərin inkişafı layihələri üzrə təcrübə
üstünlükdür.
Biz nə təklif edirik?
Təcrübə
və bacarıqlara uyğun əməkhaqqı;
Tərəfdaşlıqların
inkişafı üzrə nəticələrə əsaslanan bonus imkanları;
Aparıcı
şirkətlər və təhsil müəssisələri ilə əməkdaşlıq imkanı;
Beynəlxalq
təhsil sərgilərində, korporativ tədbirlərdə və tələbə layihələrində
iştirak;
Peşəkar
əlaqələrin genişləndirilməsi və karyera inkişafı;
Dinamik
və dəstəkləyici komanda mühiti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
