Vakansiya haqqında
StudyLab yeni təhsil istiqamətlərinin inkişafı, beynəlxalq
layihələrin həyata keçirilməsi və strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi
üçün təşəbbüskar, yaradıcı və nəticəyönümlü mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri
Xarici
universitetlər, beynəlxalq məktəblər və təhsil təşkilatları ilə əməkdaşlığın
qurulması və inkişaf etdirilməsi.
Yeni
biznes imkanlarının araşdırılması, təhsil xidmətlərinin və məhsullarının
hazırlanması, yeni fəaliyyət istiqamətlərinin yaradılması.
Yeni
müştəri seqmentlərini, xidmət istiqamətlərini və gəlir imkanlarını müəyyənləşdirmək.
IELTS,
TOEFL, SAT, CSCA və digər beynəlxalq imtahanlara hazırlıq xidmətləri üzrə
yeni müştəri və tərəfdaş kanalları yaratmaq.
Əməkdaşlıq
təkliflərini, tərəfdaşlıq modellərini və biznes şərtlərini hazırlamaq.
Beynəlxalq
imtahanlara və olimpiadalara hazırlıq, məktəblilərin inkişaf proqramları və
mövsümi xarici təhsil səfərləri daxil olmaqla, yeni təhsil məhsullarının
müstəqil şəkildə hazırlanması və həyata keçirilməsi.
Xaricdə
yay və qış məktəblərinin, akademik səfərlərin, beynəlxalq düşərgələrin və
qısamüddətli təhsil proqramlarının təşkili.
Beynəlxalq
olimpiadaların, akademik yarışların və müsabiqələrin təşkilatçıları ilə əməkdaşlıq
əlaqələrinin qurulması.
İnformasiya
texnologiyaları məktəbləri, elm və texnologiya mərkəzləri və gənclər təşkilatları
ilə birgə layihələrin hazırlanması.
9–10-cu
siniflərdən başlayaraq şagirdlərin akademik və dərsdənkənar fəaliyyətlərinin
inkişafına yönəlmiş proqramların hazırlanması: könüllülük, liderlik, tədqiqat,
sosial və texnoloji layihələr.
Namizədə tələblər
Biznesin
inkişafı, strateji tərəfdaşlıqlar və ya layihələrin idarə edilməsi sahəsində
iş təcrübəsi.
Yeni
layihələrin hazırlanması və həyata keçirilməsi bacarığı.
Güclü
danışıqlar aparmaq, təqdimat etmək və işgüzar əlaqələr qurmaq bacarığı.
Azərbaycan
və ingilis dillərini yüksək səviyyədə bilmək. İngilis dili (C1 səviyyə).
Strateji
və yaradıcı düşüncə, təşəbbüskarlıq və müstəqil işləmək bacarığı.
Təhsil
və beynəlxalq layihələr sahəsində təcrübə üstünlük hesab olunur.
Vəzifənin əsas məqsədi
StudyLab
üçün yeni inkişaf imkanları yaratmaq, kommersiya baxımından perspektivli təhsil
layihələrini həyata keçirmək və strateji tərəfdaşlıq şəbəkəsini genişləndirmək.
Maraqlanan namizədlər mövzu yerində “Biznesin İnkişafı üzrə
Menecer” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron
ünvanına göndərə bilərlər.
Bazar
ertəsi – Cümə 10:00 -19:00 / Şənbə 10:00 - 16:00
Ödəniş:
əmək haqqı: 800-1200
“StudyLab”
Mərkəz Ofis / Ünvan: Ataturk Prospekti 39A
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
