Vakansiya haqqında
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
İSO-9001
və İSO-22000, habelə İSO-17025 və FSSG-22000 tələblərinə uyğun şirkətin
normativ sənədlərinin, prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd
layihələrinin hazırlanması, monitorinqi və razılaşdırılmasını təmin etmək;
Keyfiyyət
standartları üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib
hazırlanmasını, sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq,
aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin
edilməsi ilə bağlı birbaşa rəhbərinə və digər struktur bölmələrin rəhbərlərinə
təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmamasına nəzarət
etmək;
Şirkətin
struktur bölmələrinin daxili auditlərini aparmaq, uyğunsuzluqların
aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət
etmək və uyğunsuzluğun təhlilində iştirak etmək;
KİS
prosesləri, prosedurları, qaydaları şirkətin əməkdaşlarına çatdırmaq və
praktiki məsələlərdə iştirak etmək;
Keyfiyyəti idarəetmə sənədlərinə,
o cümlədən sertifikatlar, kalibrləmə, sınaq nəticələri, yoxlama sorğuları,
uyğunsuzluq hesabatlarının hazırlanmasını təmin etmək;
Audit
yoxlamalarının standartın tələblərinə uyğun sənədləşdirilməsini aparmaq;
İşçilərə
bütün keyfiyyət standartları haqqında bilikləri təmin etmək,
bütün keyfiyyət təlimatlarına və prosedurlara uyğunluğu təmin
etməklə vaxtaşırı keyfiyyətlə bağlı təlimlərin təşkil olunmasını həyata
keçirmək;
Zavodlarda keyfiyyətə
nəzarət sahəsindəki formaların işlənilməsinə və düzgünlüyünə nəzarət edib
hesabat təqdim etmək;
Yeni
standartları nəzərə çatdırmaq, müvafiq şöbələrlə standartların tələblərinin
tətbiqi barədə plan hazırlamaq;
Rəhbərliyin
göstərişinə əsasən, müvafiq struktur bölmələri keyfiyyət standartlarının tələbləri
çərçivəsində plandankənar audit etmək;
KİS tələblərinə
uyğun risklərin müəyyən etmək və izlənilməsinin təmin etmək;
Keyfiyyətin
İdarəedilməsi istiqaməti üzrə aylıq, rüblük, illik hesabatların
hazırlanmasında iştirak etmək;
Şəmkir
zavodunda KİS-in qurulmasına dəstək vermək, zavodun sənədləşməsinin yenilənməsində
və auditlərində iştirak etmək;
Şəmkirdəki
laboratoriyanı uyğun vəziyyətə gətirmək, əməkdaşlarına yerində təlimlər
keçmək və nəzəri biliklərinin artırılmasına dəstək olmaq;
Xammal
üzrə tədarükçü (vendor) dəyərləndirilmələrini keçirmək, vaxtaşırı audit məqsədilə
səfərlər etmək və çek-listlərə uyğun yoxlamaq.
Namizədə tələblər:
Təhsil:
Ali təhsil (Kimya, biologiya, qida mühəndisliyi və ya digər uyğun
ixtisaslar üzrə), Magistratura təhsili arzuolunandır.
Sertifikatlar:
İSO-nun müxtəlif kateqoriya (İSO-9001, İSO-22000, İSO-17025) təlimlərində
iştirak mütləqdir. FSSG, BRCGS standartları ilə işləmə təcrübəsi
arzuolunandır.
İş təcrübəsi:
Qida sahəsində minimum 5 il təcrübə mütləqdir.
Dil
bilikləri: Azərbaycan dili (əla), İngilis dili (orta), Rus dili
(arzuolunandır)
Ezamiyyətə
gedə bilməlidir.
İş Qrafiki: 5 günlük qrafik (şənbə günü – iş zəruriyyətinə
uyğun olaraq )
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin
edilir
Üstünlüklərimiz:
Nahar
təminatı
Servis
təminatı
Könüllü
tibbi sığorta ilə təmin edilmə
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
