Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Cəmiyyətin
elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə
paylanmış bütün mal-materialların uçotunu və hesabatını aparmaq;
Struktur
bölmələrdən daxil olan sərfiyyat materialları ilə bağlı müraciətlərin
icrasına nəzarət etmək və operativ təminatını həyata keçirmək;
Anbarda
mövcud olan materialların təsdiqlənmiş müraciətlər əsasında bölmələrə
düzgün paylanmasını və bu əməliyyatların elektron sistemdə vaxtında
qeydiyyatını təmin etmək;
Gündəlik
sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin təsdiqi əsasında
material sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə
imzalatdırmaq və materialların təhvil-təslimini həyata keçirmək;
Anbarda
olan mal-materialların faktiki mövcudluğunu daimi nəzarətdə saxlamaq,
dövri inventarizasiyalar aparmaq və azalan materiallar barədə bilavasitə rəhbəri
vaxtında məlumatlandırmaq;
Materialların
müəyyən olunmuş saxlama və təhlükəsizlik qaydalarına uyğun qorunmasını təmin
etmək;
Materialların
gündəlik sərfiyyatına nəzarət etmək və sistem üzrə düzgün uçotunu aparmaq;
Hesabat
dövrlərinin sonunda anbarda yaranan fərqlərin səbəblərini araşdırmaq və bu
barədə yazılı şəkildə bilavasitə rəhbərliyi və mühasibatlığı məlumatlandırmaq.
İş şəraiti:
İş
yeri: Güzdək qəs.
İş
qrafiki: 6 günlük iş həftəsi;
Əmək
haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin
olunacaqdır).
Namizədə dair tələblər:
Müvafiq
sahə üzrə minimum 1–3 il iş təcrübəsi (tikinti və ya istehsalat sahəsində
təcrübə arzuolunandır);
Anbar
uçotu və elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı
(mütləq tələb);
MS
Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
Diqqətlilik,
məsuliyyət və operativlik;
Komanda
ilə işləmək və riyazi təfəkkür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
