Vakansiya haqqında
Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və
yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz
komandasına Mətbəx üzrə Briqada üzvü axtarır! Əgər operativsinizsə, mətbəx işinə
həvəsiniz varsa və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə
qoşulun.
Vəzifə öhdəlikləri:
Mətbəx əməliyyatları və məhsulların hazırlanması:
Pizzaların
və menyudakı digər təamların standartlara tam uyğun, keyfiyyətli və
vaxtında hazırlanması
Sifarişlərin
dəqiq və düzgün reseptura əsasında icra edilməsi
Növbə
başlayarkən və bitərkən mətbəx stansiyasını işə hazırlamaq və təhvil vermək
Xammal
və ərzaqların saxlanma qaydalarına və istifadə müddətlərinə (FIFO
prinsipinə) əməl olunması
Gigiyena, keyfiyyət və təhlükəsizlik:
Mətbəxdə,
iş masalarında və avadanlıqlarda təmizlik və sanitariya qaydalarına riayət
edilməsi
Şəxsi
gigiyena, xüsusi uniforma və Qida Təhlükəsizliyi (HACCP / ISO)
standartlarına şərtsiz əməl olunması
Tullantıların
və xammal itkisinin minimuma endirilməsi, resurslardan qənaətlə istifadə
edilməsi
Restoranın
mətbəx avadanlıqlarına və alətlərinə ehtiyatla yanaşılması
Komanda işi və əməkdaşlıq:
Növbə
Meneceri və digər komanda üzvləri ilə koordinasiyalı işləyərək sifarişlərin
sürətli təhvil verilməsini təmin etmək
Yaranan
texniki və ya əməliyyat çətinlikləri haqqında dərhal rəhbərliyə məlumat
vermək
Tələblər:
Təhsil:
Orta və ya ali
Yaş həddi:
18 – 35
Mətbəx
sahəsində işləmək həvəsi (təcrübə arzuolunandır, təlimlər keçirilir)
Məsuliyyətli,
operativ, diqqətli və səliqəli işləmə bacarığı
Komandada
işləmək qabiliyyəti və çevik öyrənmə həvəsi
Karyera
yüksəlişinə maraq və inkişaf istəyi
İş şəraiti və üstünlüklər:
Rəsmiləşdirmə:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun
İş
qrafiki: 6 günlük (növbəli)
Əməkhaqqı:
500 AZN (net) + əlavə iş saatlarına görə ödəniş
Qidalanma:
Şirkət tərəfindən nahar təmin edilir
Karyera
imkanları: Pulsuz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli
karyera artımı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
