Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Best Soft

Ofis Meneceri

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Namizədə tələblər: Xanım namizəd, 23–35 yaş; Ali təhsil; Ofis proqramları ilə işləmək bacarığı (Word, Excel, Outlook, 1C və s.); Azərbaycan və rus dillərini bilmək (ingilis dili arzuolunandır); Sürətli öyrənmə qabiliyyəti, əməksevərlik, məsuliyyətlilik, punktuallıq və dürüstlük. Vəzifə öhdəlikləri: Daxil olan zənglərin, korporativ elektron məktubların, veb-sayt və digər mənbələrdən daxil olan müraciətlərin qəbulu və qeydiyyatının aparılması; Kommersiya təkliflərinin, müqavilələrin, təhvil-təslim aktlarının, elektron qaimə-fakturaların və digər sənədlərin hazırlanması, uçotunun aparılması, göndərilməsi və qəbulunun təmin edilməsi; Ofisin zəruri ləvazimatlarla təmin edilməsi və təsərrüfat işlərinin təşkili (dəftərxana ləvazimatları, məişət və mətbəx ehtiyacları, təmir, təmizlik və digər işlər); Ofisə gələn qonaqların qarşılanması, qonaqlara və rəhbərliyə çay və kofe təqdim edilməsi; Korporativ tədbirlərin, görüşlərin, təqdimatların, sərgilərin, korporativ bayramların və komanda quruculuğu tədbirlərinin təşkili; Açıq vakansiyalar üzrə namizədlərin axtarışı; Əməkdaşların iş vaxtının uçotunun aparılması; Daxili korporativ prosedurların və motivasiya sisteminin hazırlanmasında, dəyişdirilməsində və təkmilləşdirilməsində iştirak. İş şəraiti: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul; Şirkət hesabına nahar; Şirkət hesabına fitness-klub; Şirkət hesabına təlim və sertifikasiya imkanları; Korporativ tədbirlər; Mehriban və sıx əməkdaşlıq mühiti; Əmək haqqı: 500 AZN + bonus; İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.