Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Texniki
ofisin fəaliyyətini idarə etmək, iş planlarını hazırlamaq və texniki heyətin
fəaliyyətinə nəzarət etmək;
Texniki
sənədlərin, çertyojların, layihələrin, spesifikasiyaların və
hesablamaların hazırlanmasını, yoxlanılmasını və razılaşdırılmasını təmin
etmək;
Yol
nişanları, məlumat lövhələri, yol cizgiləri və təhlükəsizlik baryerləri
üzrə texniki layihələrin hazırlanmasını və koordinasiyasını təşkil etmək;
Layihə
sənədlərinin texniki tapşırıqlara, standartlara və normativ tələblərə
uyğunluğuna nəzarət etmək;
Texniki
ofis, istehsalat, satınalma, anbar və montaj bölmələri arasında
koordinasiyanı təmin etmək;
İstehsalat
və montaj prosesləri üçün zəruri texniki məlumatların vaxtında və düzgün təqdim
edilməsinə nəzarət etmək;
Texniki
uyğunsuzluqları və layihə risklərini müəyyən etmək, onların aradan
qaldırılması üzrə tədbirlər hazırlamaq;
Layihələrin
icra müddətlərinə, texniki resurslara və xərclərin optimallaşdırılmasına nəzarət
etmək;
Məhsulların
keyfiyyət və texniki standartlara uyğunluğunun təmin edilməsində iştirak
etmək;
Bütün
texniki işlər üzrə Forma 2 sənədlərinin və yerləşmə planlarının düzgün,
tam və müvafiq texniki tələblərə uyğun hazırlanmasını təmin etmək;
Forma
2 sənədləri və yerləşmə planları ilə bağlı sifarişçi qurumlarla görüşlər və
işçi müzakirələri təşkil etmək, texniki məsələlərin razılaşdırılmasını təmin
etmək;
Texniki
ofisin fəaliyyətinin təkmilləşdirilməsi, hesabatlılığın və iş proseslərinin
səmərəliliyinin artırılması üzrə tədbirlər görmək.
Namizədə dair tələblər
Mühəndislik,
tikinti, mexanika ixtisası üzrə ali təhsil;
Müvafiq
sahədə minimum 10 il iş təcrübəsi;
Texniki
layihələndirmə, mühəndislik sənədləri və istehsalat prosesləri üzrə
praktiki biliklər;
Texniki
çertyojların oxunması, təhlili və hazırlanması üzrə biliklər;
AutoCAD
proqramı ilə işləmək bacarığı;
MS
Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
Layihələrin
planlaşdırılması, koordinasiyası və icrasına nəzarət təcrübəsi;
Texniki
standartlar və normativ sənədlərlə işləmək bacarığı;
Komandanı
idarə etmək, iş bölgüsü aparmaq və qərar qəbul etmək qabiliyyəti;
Güclü
analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarıqları;
Üstünlük hesab olunur:
Yol
infrastrukturu, yol hərəkətinin təşkili, yol nişanları və təhlükəsizlik
avadanlıqları sahəsində təcrübə;
Metal
konstruksiyaların istehsalı və quraşdırılması üzrə biliklər;
Tender
sənədləri, texniki təkliflər və layihə spesifikasiyalarının hazırlanması təcrübəsi;
ISO
9001 keyfiyyət idarəetmə sistemi üzrə biliklər;
İngilis
və ya rus dili biliyi;
Layihə
idarəetməsi üzrə əlavə təlim və sertifikatlar.
İş şəraiti
İş
yeri: Sumqayıt
İş
rejimi: Tam iş günü
Nahar
təminatı
Nəqliyyat
təminatı
Əməkhaqqı:
Namizədin bilik, bacarıq və peşəkar təcrübəsinə uyğun olaraq müsahibə
zamanı müəyyən ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
