Vakansiya haqqında
Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru
Tabeçilik: Sektor müdiri
İşin təsviri
Layihənin
biznes tələblərinə uyğun təhlilini, layihələndirilməsini, hazırlanmasını,
test edilməsini və istismara verilməsini həyata keçirmək.
Proqram
təminatının server (Backend) və istifadəçi interfeysi (Frontend) hissələrini
hazırlamaq, onların uyğunluğunu və vahid sistem kimi işləməsini təmin etmək.
Mövcud
daxili informasiya sistemləri ilə inteqrasiyaları (API, verilənlər mübadiləsi,
istifadəçi autentifikasiyası və s.) layihələndirmək və həyata keçirmək.
Biznes
tələblərini texniki tələblərə çevirmək, sistem arxitekturasını, məlumat
modelini və verilənlər bazasının strukturunu layihələndirmək.
REST
API xidmətlərini hazırlamaq, sənədləşdirmək, onların təhlükəsizliyini və
performansını təmin etmək.
Proqram
kodunun keyfiyyətinə, oxunaqlılığına və kodlaşdırma standartlarına
uyğunluğuna nəzarət etmək, Code Review prosesində iştirak etmək.
Hazırlanan
funksionallıqlar üzrə vahid (Unit) və inteqrasiya testlərini hazırlamaq,
aşkar edilmiş xətaları aradan qaldırmaq.
Git və
digər versiya idarəetmə alətlərindən istifadə etməklə kod dəyişikliklərini
idarə etmək, dəyişiklikləri test mühitində yoxlamaq və təsdiqdən sonra
istismar mühitinə tətbiq etmək.
Proqram
təminatının avtomatik yığılması və yerləşdirilməsi (CI/CD) proseslərinin
qurulmasında və dəstəklənməsində iştirak etmək.
Təhlükəsiz
kodlaşdırma prinsiplərinə, giriş hüquqlarının idarə edilməsinə, fərdi məlumatların
və məxfi informasiyanın qorunması tələblərinə riayət etmək.
İstismarda
olan sistemlərdə yaranan xətaları və nasazlıqları araşdırmaq, onların səbəblərini
müəyyənləşdirmək və aradan qaldırmaq.
Sistemin
performansını, sabitliyini və genişlənmə imkanlarını təhlil etmək,
optimallaşdırma və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq.
Proqram
təminatının arxitekturası, API-lər, quraşdırma və istismar qaydaları üzrə
texniki sənədləri hazırlamaq və aktual saxlamaq.
İstifadəçilərdən
və aidiyyəti struktur bölmələrdən daxil olan tələbləri təhlil etmək,
onların prioritetləşdirilməsində iştirak etmək.
Layihə
rəhbəri, biznes analitik, dizayner və digər texniki mütəxəssislərlə əməkdaşlıq
etmək, tapşırıqları müəyyən edilmiş müddətlərdə icra etmək.
Namizədə dair tələblər
Kompüter
mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, proqram mühəndisliyi
və ya uyğun texniki ixtisas üzrə ali təhsil.
Proqram
təminatının hazırlanması (Fullstack) sahəsində ən azı 3 il iş təcrübəsi.
Daxili
korporativ sistemlərin hazırlanması və inteqrasiyası, o cümlədən
Ticket/Helpdesk sistemləri üzrə təcrübə üstünlükdür.
C#/.NET,
Java, Node.js, Python və ya analoji Backend texnologiyalarından biri üzrə
peşəkar biliklər.
HTML,
CSS, JavaScript/TypeScript və React, Angular, Vue.js və ya analoji
Frontend freymvorklarından biri ilə işləmək bacarığı.
MS SQL
Server, PostgreSQL, MySQL və ya analoji verilənlər bazaları ilə işləmək,
SQL sorğuları yazmaq və optimallaşdırmaq bacarığı.
REST
API-lərin hazırlanması və sistemlərarası inteqrasiyaların həyata keçirilməsi
üzrə bilik və təcrübə.
OAuth
2.0, JWT, LDAP/Active Directory və digər autentifikasiya və avtorizasiya
mexanizmləri üzrə biliklər.
Proqram
arxitekturası, Design Patterns və SOLID prinsipləri üzrə biliklər.
Unit və
inteqrasiya testlərinin hazırlanması, proqram təminatında xətaların
aşkarlanması və aradan qaldırılması üzrə təcrübə.
Git,
CI/CD, Docker və proqram təminatının yerləşdirilməsi (Deployment) prosesləri
ilə işləmək bacarığı.
Postman,
Swagger və ya analoji API test və sənədləşdirmə alətləri ilə işləmək
bacarığı.
Agile/Scrum
metodologiyaları və proqram təminatının hazırlanmasının həyat dövrü (SDLC)
üzrə biliklər.
Təhlükəsiz
kodlaşdırma prinsipləri və OWASP Top 10 üzrə biliklər.
Azərbaycan
dilini yüksək səviyyədə bilmək, ingilis dilini texniki sənədlərlə işləmək
səviyyəsində bilmək; rus dilini bilmək üstünlükdür.
Analitik
düşüncə, mürəkkəb texniki problemləri araşdırmaq və həll etmək, texniki qərarları
əsaslandırmaq bacarığı.
Komanda
ilə işləmək, konstruktiv rəy vermək və qəbul etmək, vaxtı düzgün
planlaşdırmaq və məsuliyyətli olmaq bacarığı.
Əlavə məlumat
İş
vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
İstirahət
günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
Vakansiya
növü: tam ştat.
İş
yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya
Bünyadov prospekti 86B).
Əməkhaqqı:
namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar
Push30
platformasından istifadə imkanı.
AmCham
üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
Paşa Həyat
“Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
Texnologiyalar
parkının rezidenti olaraq tətbiq edilən vergi güzəştləri.
Peşəkar
inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
