Vakansiya haqqında
Uzunmüddətli tərəfdaşlıqlar qurmaq, strateji satış müqavilələri
bağlamaq və texnologiya yönümlü dinamik mühitdə korporativ müştərilərlə işləmək
sizi motivasiya edirmi?
Elə isə bu vakansiya sizin üçündür!
AEM ELEKTRON satış komandasını genişləndirir və əsas
korporativ müştərilərlə münasibətlərin qurulması və idarə edilməsi, eləcə də
davamlı biznes artımının təmin olunması üçün təcrübəli Korporativ Satış
Meneceri axtarır.
Əsas vəzifə öhdəlikləri
Korporativ
və B2B müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin qurulması və idarə
edilməsi;
Yeni
biznes imkanlarının müəyyənləşdirilməsi və korporativ müştəri portfelinin
genişləndirilməsi;
Kommersiya
təkliflərinin, qiymət təkliflərinin və müqavilələrin hazırlanması;
Korporativ
müştərilərlə danışıqların aparılması və satış müqavilələrinin bağlanması;
Optimal
həllərin təqdim edilməsi üçün Pre-Sales, texniki və məhsul komandaları ilə
sıx əməkdaşlıq;
Bazar
tendensiyalarının, müştəri ehtiyaclarının və rəqiblərin fəaliyyətinin izlənilməsi;
Satış
hədəflərinin yerinə yetirilməsi və müntəzəm satış hesabatlarının
hazırlanması;
İşgüzar
görüşlərdə, təqdimatlarda və tədbirlərdə şirkətin təmsil edilməsi.
Namizədə tələblər
Biznesin
idarə edilməsi, marketinq, menecment, İT və ya əlaqəli sahələr üzrə ali təhsil;
Korporativ
satış və ya B2B satış sahəsində təsdiqlənmiş iş təcrübəsi (İT və
texnologiya sektorunda təcrübəyə üstünlük verilir);
Güclü
danışıqlar aparmaq və işgüzar münasibətləri idarə etmək bacarığı;
Müştəri
ehtiyaclarını düzgün müəyyənləşdirmək və onları effektiv həllərə çevirmək
bacarığı;
Nəticəyönümlülük
və güclü analitik düşünmə qabiliyyəti;
Yüksək
səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları.
Dil bilikləri
Azərbaycan
dili — sərbəst səviyyədə, şifahi və yazılı;
Rus
dili — sərbəst işgüzar ünsiyyət, yazışma, danışıqlar və təqdimatlar
aparmaq səviyyəsində;
İngilis
dili — orta və orta səviyyədən yuxarı (B1–B2+), işgüzar ünsiyyət, görüşlər
və tərəfdaşlarla yazışmalar aparmaq üçün.
Biz nə təklif edirik?
Beynəlxalq
İT və təhlükəsizlik brendləri ilə birbaşa işləmək imkanı;
Korporativ
satışın və strateji tərəfdaşlıqların inkişafında mühüm rol;
Sabit
və inkişaf edən şirkətdə karyera yüksəlişi imkanları;
Rəqabətqabiliyyətli
əməkhaqqı və nəticələrə əsaslanan əlavə motivasiya sistemi;
İstehsalçı
və təchizatçı şirkətlərin təlimlərində, işgüzar görüşlərdə və tədbirlərdə
iştirak imkanı;
Şəhər
mərkəzində yerləşən ofis və 5 günlük iş qrafiki;
Təşəbbüskarlığın,
məsuliyyətin və nəticəyönümlülüyün qiymətləndirildiyi peşəkar iş mühiti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
