Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Portfelində
mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində
aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
Məhsul
çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və
SKU optimazasiyasının aparılması;
Rəqib
şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil
edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi,
portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
Portfelində
mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam
materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi,
ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
Həvalə
edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması,
portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual
olmayan məhsulların delistinin həyata keçirilməsi;
Cari və
növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik
planlarını təhlil edilməsi;
Marketinq
planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif
marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar
və s.);
Brend
üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
Məhsulun
bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat),
istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin
imicinin müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
Dəqiqlik,
detallara diqqət yetirmək qabiliyyəti;
Güclü
analitik düşüncəyə malik olması;
Təqdimat
proqramlarında işləmək bacarığı (PPT hazırlanması və s.);
Excel,
Power BI və SAP proqramları üzrə biliklər;
Kollektivdə
işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil
(Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
Məhsul
Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
İngilis
və Rus dil biliyi arzuolunandır.
İş şərtlərimiz:
İş
qrafiki: Tam iş günü (5 gün);
İş
saatları: 09:00-18:00;
İş
yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
Əmək
bazarında rəqabətli əməkhaqqı;
İşçilərə
qayğı proqramı;
Peşəkar
komanda mühiti;
Nahar;
Şirkət
hesabına korporativ nömrə;
Təlim
və inkişaf imkanları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
