Vakansiya haqqında
Monditex Mağazalar Şəbəkəsi (Çinici, Bata, Fargo) komandasına nəticəyönümlü, liderlik bacarıqlarına malik Mağaza Menceri dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
• Mağazanın gündəlik əməliyyat fəaliyyətinin effektiv idarə olunması;
• Satış planlarının icrasının təmin edilməsi və KPI göstəricilərinin yerinə yetirilməsi;
• Satış komandasının seçilməsi, motivasiya olunması, inkişafı və performansının idarə edilməsi;
• Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunması;
• Vizual merchandising standartlarının qorunmasına nəzarət;
• Stok, inventar və məhsul hərəkətinə nəzarətin həyata keçirilməsi;
• Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Şirkət prosedurlarına və daxili qaydalara əməl olunmasının təmin edilməsi.
Namizədə tələblər:
• Ali təhsil;
• Pərakəndə satış sahəsində minimum 3 il rəhbər vəzifədə iş təcrübəsi;
• Güclü liderlik, təşkilatçılıq və qərarvermə bacarıqları;
• Analitik düşüncə və nəticəyönümlü yanaşma;
• MS Office proqramlarında işləmək bacarığı;
• Azərbaycan dilini səlis bilmək (rus və ya ingilis dili üstünlükdür).
Biz təklif edirik:
• Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
• Korporativ təlim və peşəkar inkişaf imkanları;
• Karyera yüksəlişi perspektivi;
• Dinamik və peşəkar iş mühiti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
