Vakansiya haqqında
FABRİORA GROUP MMC | by Predo şirkəti Marketinq direktoru vəzifəsi üzrə vakansiya elan edir. “FABRİORA GROUP” MMC ölkəmizdə müasir texnologiyalar əsasında “PREDO” və “MİNİ BOSS” markalı uşaq bezləri, “LA LUNA” markalı mətbəx dəsmalları, tualet kağızları, stolüstü salfetlər, toz və maye yuyucu vasitələr, nəm salfetlər və digər gigiyenik məhsullar istehsal edən aparıcı yerli müəssisələrdən biridir. Şirkətin marketinq fəaliyyətinin strateji inkişafını təmin edəcək, brendlərin bazardakı mövqeyini gücləndirəcək və komandanı effektiv idarə edəcək mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
• Şirkətin ümumi biznes məqsədlərinə uyğun marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
• “PREDO”, “MİNİ BOSS”, “LA LUNA” və digər brendlərin inkişafı və bazardakı mövqeyinin gücləndirilməsi üçün strategiyaların hazırlanması;
• Marketinq büdcəsinin planlaşdırılması və idarə edilməsi, büdcədən istifadənin səmərəliliyinə nəzarət;
• Rəqəmsal marketinq, sosial şəbəkələr, PR, reklam və digər kommunikasiya istiqamətlərinin əlaqələndirilməsi;
• Bazar tendensiyalarının, müştəri davranışlarının və rəqiblərin fəaliyyətinin təhlili;
• Analitik təhlillər əsasında hesabatların və inkişaf təkliflərinin hazırlanması;
• Yeni məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanması;
• Satış şöbəsi, distribyutorlar və pərakəndə şəbəkələrlə əməkdaşlıq, şirkətin kommersiya məqsədlərinə nail olunmasına dəstək;
• Marketinq komandasının işinin planlaşdırılması, tapşırıqların bölüşdürülməsi və nəticələrin qiymətləndirilməsi;
• Əsas effektivlik göstəricilərinin (KPI) müəyyən edilməsi, nəticələrin monitorinqi və təhlili;
• Marketinq kampaniyalarının effektivliyinin qiymətləndirilməsi və nəticələrin yaxşılaşdırılması üçün yeni yanaşmaların hazırlanması.
Namizədə tələblər
• Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
• Marketinq sahəsində rəhbər vəzifədə iş təcrübəsi (tercihen FMCG sahəsində);
• Rəqəmsal marketinq, SMM (Sosial media marketinqi), PR (İctimaiyyətlə əlaqələr), reklam və brend menecmenti sahələrində dərin biliklər;
• Marketinq büdcəsinin planlaşdırılması və idarə edilməsi üzrə təcrübə;
• Analitik düşünmə qabiliyyəti və marketinq göstəriciləri ilə işləmək bacarığı;
• Güclü idarəetmə və liderlik bacarıqları;
• Azərbaycan və rus dillərində sərbəst ünsiyyət, ingilis dili biliyi üstünlükdür;
• MS Office proqramlarını və analitik alətləri (Google Analytics, Meta Business Suite və s.) bilmək.
Şirkət təklif edir
• Peşəkar və dinamik iş mühiti;
• Güclü komanda ilə işləmək və yeni layihələri həyata keçirmək imkanı;
• Tanınmış yerli brendlər üzərində işləmək imkanı;
• Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Əməkhaqqı: 2 000 – 2 500 AZN (namizədin təcrübə və bacarıqlarından asılı olaraq, müsahibənin nəticəsinə əsasən müəyyən edilir)
Ünvan: AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 25
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
