Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Ünvanlardan
(mağaza, servis mərkəzi, müştəri ünvanları) məhsulların vaxtında və təhlükəsiz
şəkildə daşınmasının həyata keçirilməsi, o cümlədən müştəri tərəfindən təhvil
alınmayan məhsulların yenidən mağazadan müvafiq ünvanlara çatdırılması;
Daşınan
məhsulların təhvil-təslimi zamanı müvafiq sənədləşmə işinin təmin edilməsi;
Ünsiyyətdə
olduğu müştərilər, şirkət əməkdaşları, bölmə və şöbələrlə yüksək səviyyəli
xidmət göstərərək müştəri məmnuniyyətinin qorunması və şirkətin korporativ
ünsiyyət qaydalarına riayət edilməsi;
Mağazalardan,
digər şöbə və bölmələrdən təhvil alınan malların servisə və ya təyin
edilmiş ünvanlara çatdırılmasının təmin edilməsi və bu prosesin təhlükəsizliyinə
nəzarət edilməsi;
Ehtiyac
olduqda (yükün həcmi, təcili sifariş və ya çatdırılma sıxlığı zamanı)
çatdırılma prosesinə kömək edilməsi;
Daşınma
zamanı malların bütövlüyünün qorunması, düzgün yükləmə və boşaltma
qaydalarına əməl edilməsi;
İdarə
etdiyi avtomaşının sazlığının təmin edilməsi, texniki vəziyyətinin gündəlik
yoxlanılması və müəyyən edilmiş qaydada, vaxtında texniki baxışdan keçməsinə
nəzarət edilməsi;
Avtomobilin
təmizliyinə və texniki xidmət intervalına nəzarət edilməsi;
Yol hərəkəti
qaydalarına riayət edilməsi və qayda pozuntularına yol verilməməsi.
Təyin
olunmuş tarixlərdə (deadline) tapşırıqları düzgün təhvil vermək.
Vəzifə tələbləri
Nəqliyyat
vasitələrinin idarə olunması sahəsində ən azı 1-3 il iş təcrübəsi;
Müvafiq
kateqoriyalı (B, C kateqoriyası) sürücülük vəsiqəsi;
Problem
həll etmə bacarığı;
Operativ
və düzgün qərar vermək bacarığı;
Baku Electronics-də sizi nələr gözləyir?
Özəl
tibbi sığorta təminatı
Yığım
həyat sığortası proqramına qoşulma imkanı
Push30
platformasında korporativ güzəştlər
Əməkdaşlara
xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş şəbəkəsinin eksklüziv təklifləri
Peşəkar
təlimlər, daxili vakansiyalar vasitəsilə karyera yüksəlişi imkanları
İş şəraiti:
İş
yeri: Bakı şəhəri
İş
qrafiki: 6 günlük /Növbəli
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
