Vakansiya haqqında
Təsvir
Dövlət
orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında
Şirkəti təmsil etmək, yoxlamalar zamanı hüquqi dəstək göstərmək və proseslərin
hüquqi müşayiətini həyata keçirmək;
Şirkətin
məhkəmə, təhqiqat və istintaq orqanlarında hüquqi maraqlarını təmsil etmək
və müdafiə etmək;
Şirkətin
adından iddia ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və digər
prosessual sənədləri hazırlamaq və müvafiq orqanlara təqdim etmək;
Şirkətin
mənafeyinə zidd olan qanunsuz və əsassız qərarlardan qanunvericiliyə uyğun
qaydada şikayət vermək;
Şirkətin
daxili normativ sənədlərinin və digər hüquqi sənədlərinin ekspertizasını
aparmaq, zəruri əlavə və dəyişikliklərlə bağlı təkliflər vermək;
Etibarnamələrin,
təsis sənədlərinin, məhkəmə və hüquq-mühafizə orqanlarına aid sənədlərin və
digər hüquqi sənədlərin uçotunu, saxlanılmasını və arxivləşdirilməsini təşkil
etmək;
Şirkətin
fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun təmin
edilməsinə və hüquqi risklərin minimuma endirilməsinə dəstək göstərmək;
Şirkətin
struktur bölmələri ilə birgə dövlət orqanları, hüquqi və fiziki şəxslərlə
aparılan danışıqlarda iştirak etmək;
Şirkətdə
yaradılan komissiyaların fəaliyyətində iştirak etmək və hüquqi məsələlər
üzrə rəy vermək;
Rəhbərliyin
tapşırıqları əsasında hüquqi təminatla bağlı digər zəruri işləri həyata
keçirmək.
Tələblər
Hüquqşünaslıq
ixtisası üzrə ali təhsil almaq;
Hüquq
sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq;
Azərbaycan
Respublikasının mülki, mülki prosessual, inzibati xətalar, inzibati
prosessual və cinayət prosessual qanunvericiliyini bilmək;
Məhkəmə
və dövlət orqanlarında təmsilçilik, prosessual sənədlərin hazırlanması və
hüquqi yazışmaların aparılması üzrə təcrübəyə malik olmaq;
Müqavilələrin
və digər hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizası
bacarığına malik olmaq;
Hüquqi
riskləri müəyyənləşdirmək, təhlil etmək və müvafiq həll yolları təklif etmək
bacarığına malik olmaq;
Azərbaycan
dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına malik olmaq;
MS
Office proqramlarından istifadə bacarığına malik olmaq;
Analitik
düşünmə, araşdırma, problem həll etmə və qərarvermə bacarıqlarına malik
olmaq;
Komandada
işləmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək bacarığına
malik olmaq.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar
təminatı
Yanacaq
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
