Vakansiya haqqında
İş şəraiti
İş yeri: Masallı, Lənkəran şəhəri,
Cəlilabad, Biləsuvar şəhərləri
İş saatı 09:00 – 18:00
Əmək haqqı 400 Azn + nəticələrə əsasən
bonus və mükafatlar
Azərbaycan Respublikası Əmək Məcəlləsinə
uyğun elektron sənədləşmə aparılır;
Stabil əmək haqqı və nəticələrə əsasən
bonus və mükafatlar;
Maaş namizədin təcrübəsinə və
performansına uyğun təyin olunur;
İldə bir dəfə iş stajına uyğun
olaraq şirkət hesabına məzuniyyət verilir;
Vəzifə öhdəlikləri
Gündəlik tibbi müəssisələrin və digər
potensial müştərilərin ziyarəti, yeni müştərilərin cəlb edilməsi;
Məhsulların tanıdılması, təqdim
edilməsi, tələbat yaradılması və satışının təşkili;
Bazarın araşdırılması, məhsul və
müştəri ilə bağlı satış məlumatlarının analizi;
Korporativ müştərilərlə işgüzar əlaqələrin
qurulması və möhkəmləndirilməsi;
Satış strategiyasına uyğun olaraq
müştəri bazasının formalaşdırılması;
Gündəlik, həftəlik, aylıq və illik
hesabatların hazırlanması.
Tələblər
Ali və ya orta tibb təhsili;
Səlis və aydın nitq, sistemli təqdimat
bacarığı;
Rəsmi və səliqəli geyim tərzi;
Dürüstlük, məsuliyyətlilik, dəqiqlik
və yüksək icraçılıq bacarığı;
Dinamik iş rejiminə və kollektivdə
işləməyə uyğunluq;
Təcrübə 1-3 il;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
