Vakansiya haqqında
“HORECA” MMC
üçün Satış nümayəndəsi (horeca üzrə) axtarışındayıq.
Namizədə tələblər:
Mövcud sahə üzrə ən azı 3 il iş təcrübəsi
Satış, marketinq və oxşar sahələr
üzrə ali təhsil
Dil bilikləri: Azərbaycan dili əla,
Rus dili arzuolunandır.
Əmək şəraiti:
Həftəiçi 5 günlük iş rejimi, saat
09:00-18:00
Faktiki iş ünvanı: Bakı şəhəri
Əmək haqqı: Fiks maaş 1100 AZN
net+( satış həcmindən asılı olaraq maksimum 2500 net) AZN
Şəxsi keyfiyyətlər:
Güclü ünsiyyət və təqdimat
bacarığı, məsuliyyətlilik, müştəriyönümlülük və s.
Vəzifə öhdəlikləri:
Şirkətin məhsullarının satışının təşkili
və xidmətlərinin göstərilməsini təmin etmək;
Yeni müştərilərin cəlb olunması (məhsul
təqdimatlarının və kommersiya təkliflərinin hazırlanması, alqı-satqı
müqavilələrinin bağlanması, ay ərzində minimum 3 yeni müştəri), müştərilərin
tələbatını öyrənmək, xidmətlərimiz haqqında ətraflı və doğru məlumat vermək;
Görülmüş işlər haqqında
hesabatların təqdimatı (gündəlik satış, borc kağızlarına nəzarət, bazarın
analizi və rəqiblər haqqında məlumatların toplanması);
Mövcud müştəri bazası ilə mütəmadi
işləmək (Məhsullara dair təqdimatın aparılması, məhsul çeşidinin
artırılması, ödənişlərin zamanında tələb olunması, problemlərin
diaqnostikası və şirkət tərəfindən müştərilərdə quraşdırılımış
avadanlıqlarda istifadə olunan məhsullara nəzarət)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
