Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Norm

Layihə İnşaat Mühəndisi

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Hazırda şirkətimizə Layihə İnşaat Mühəndisi tələb olunur. Vəzifənin məqsədi: Bu vəzifə zavod ərazisində həyata keçirilən tikinti layihələri ilə yanaşı, şirkətin strateji layihələrinin icra olunduğu ərazilərdə də inşaat işlərinin planlaşdırılması, koordinasiyası və icrasına texniki dəstək göstərilməsini nəzərdə tutur. İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km. Tələblər: İnşaat mühəndisliyi üzrə ali təhsil; Müvafiq sahədə 2–3 il iş təcrübəsi; Sənaye və ya tikinti layihələrində iş təcrübəsi üstünlükdür; Tikinti çertyojlarını və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Tikinti norma və standartları üzrə biliklər; Analitik düşünmə, problem həll etmə və koordinasiya bacarıqları; Yaxşı səviyyədə İngilis dili biliyi. Tələb olunan kompetensiyalar: Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik Əsas vəzifə və öhdəliklər: Zavod ərazisində və strateji layihələrin icra olunduğu ərazilərdə həyata keçirilən tikinti, rekonstruksiya, modernizasiya və infrastruktur layihələrinin icrasında iştirak etmək; Tikinti işlərinin təsdiq edilmiş layihə sənədlərinə, çertyojlara, texniki spesifikasiyalara, standartlara və iş qrafikinə uyğun icrasına nəzarət etmək; Dəmir-beton və metal konstruksiyalar, avadanlıq fundamentləri, sənaye binaları, yollar və digər infrastruktur işlərinin icrasına nəzarət etmək; Tikinti sahəsində görülən işlərin keyfiyyətini, həcmini və icra vəziyyətini yoxlamaq; Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək və görülən işlərin layihə tələblərinə uyğunluğunu təmin etmək; Tikinti və konstruksiya çertyojlarını, texniki sənədləri, spesifikasiyaları və iş həcmlərini nəzərdən keçirmək; Layihə sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları müəyyən etmək və texniki həllərin hazırlanmasında iştirak etmək; Tikinti materiallarının və görülmüş işlərin tələb olunan keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq; Görülmüş işlərin həcmlərinin ölçülməsi və podratçılar tərəfindən təqdim edilən iş həcmlərinin yoxlanılmasında iştirak etmək; Layihələrin müəyyən edilmiş müddət və büdcə çərçivəsində tamamlanmasına dəstək göstərmək; Mexanika, elektrik, istehsalat və digər aidiyyəti texniki komandalarla layihə işlərini koordinasiya etmək; Layihələrin gedişatı, görülmüş işlər, gecikmələr, risklər və açıq məsələlər üzrə hesabatlar hazırlamaq; Tikinti işləri zamanı əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək. Biz nə təklif edirik: Könüllü tibbi sığorta Servis avtobusu Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri Digər imtiyazlar

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.