Vakansiya haqqında
Filiallar: Həzi
Aslanov, Əhmədli, Xalqlar Dostluğu (Ukrayna dairəsi), Neftçilər və City Park
Mall.
Olivia Beauty
& Care komandamıza Satış məsləhətçisi – Kassir vəzifəsi üzrə əməkdaşlar
axtarırıq!
Vacib qeyd:
Göstərilən filiallara yaxın ərazilərdə yaşayan və ya həmin ərazilərə rahat
gediş-gəliş imkanı olan namizədlərin müraciət etməsi arzuolunandır.
İş öhdəlikləri:
Şirkət tərəfindən göndərilən məhsulların
qəbul edilməsi, yoxlanılması və müvafiq qaydada yerləşdirilməsi;
Müştərilərin mağazada qarşılanması,
ehtiyaclarının müəyyənləşdirilməsi və məhsullar haqqında ətraflı və düzgün
məlumat verilməsi;
Müştərilərə tələbatlarına uyğun məhsul
seçimi zamanı dəstək göstərilməsi;
Satış qaydaları, daxili prosedurlar
və kampaniyalar barədə məlumatlı olmaq və onları düzgün tətbiq etmək;
Kassa əməliyyatlarının müvafiq
qaydalara uyğun həyata keçirilməsi;
Mağaza direktorunun tapşırıqlarının
vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
Namizədə dair tələblər:
Azərbaycan dilini səlis bilmək;
Rus dili biliyi arzuolunandır;
Satış sahəsində minimum 6 aylıq iş
təcrübəsi;
Kosmetika və şəxsi qulluq məhsullarının
satışı üzrə təcrübəyə üstünlük verilir;
Ünsiyyətcil, aktiv, çevik və məsuliyyətli
olmaq;
Yaxşı ünsiyyət və satış
bacarıqlarına malik olmaq.
İş şəraiti:
İş qrafiki: Növbəli, iki növbə üzrə: I
növbə: 10:00–19:00 / II növbə: 14:00–22:00
İş yeri: Bakı şəhəri — Həzi
Aslanov, Əhmədli, Xalqlar Dostluğu (Ukrayna dairəsi), Neftçilər və City
Park Mall filialları;
Şirkətdaxili təlim və inkişaf
imkanları;
Karyera yüksəlişi perspektivi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
