Vakansiya haqqında
Vəzifə öhdəlikləri
İş
bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin
icrasını təmin edir;
Etibarnamə
əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
Filialın
fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
Filialın
fəaliyyətinin təşkili ilə əlaqədar daxili tapşırıqları icra edir, o cümlədən
Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
Sahibkarlıq
sahəsində və dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə
yoxlamaların (nəzarət tədbirlərinin) aparılmasını həyata keçirir və
qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
Enerji
sahəsində istehsalçılar, təchizatçılar, ötürücülər və paylayıcılar
arasında mübahisələrə, habelə istehlakçıların şikayətlərinə baxılmasını həyata
keçirir;
İstehlak
olunan elektrik enerjisinə görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə
aparılmasına nəzarəti həyata keçirir;
Dövlət
müəssisələrində elektrik enerjisindən istifadə üzrə istehlak limitlərinə əməl
olunmasına nəzarəti həyata keçirir;
Enerji
sistemində elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar enerji
istehsalı və sistem operatorlarının tətbiq etdikləri məhdudiyyət və
birbaşa açılma qrafiklərinin düzgün tərtib olunmasına və yerinə yetirilməsinə
nəzarəti həyata keçirir;
Enerji
istehsalı və sistem operatorlarında elektrik enerjisinin istehsalı,
ötürülməsi və paylanması proseslərinin idarə edilməsinə, mərkəzi və yerli
idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin mövcud qaydalara, təlimatlara
və digər hüquqi aktların tələblərinə uyğun təşkil olunmasına nəzarəti həyata
keçirir;
Elektrik
şəbəkələrində, habelə enerji verilməsində qurğularda, avadanlıqlarda baş
vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması
hallarının qeydiyyatını aparmaq, onların baş vermə səbəblərinin
araşdırılmasında iştirak etmək, eləcə də belə hadisələrin və halların
qarşısının alınması üçün təşkilati-texniki tədbirlər hazırlamaq və onların
yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
Filialın
fəaliyyət ərazisində 200 kVt-danyuxarı elektrik qurğuları üçün istismara
buraxılış aktının verilməsi ilə bağlıtikinti obyektlərinin elektrik
qurğularına baxış keçirir və nəticələrini aktla rəsmiləşdirir;
Müvafiq
sahədə fəaliyyət göstərən müəssisələrin və onların tabeliyindəki
qurumların elektrotexniki heyətinin və elektrik təsərrüfatlarına cavabdeh
şəxslərin, onların müavinlərinin, həmçinin elektrik qurğularına nəzarət vəzifəsi
həvalə edilmiş əməyin mühafizəsi üzrə mütəxəssislərin peşə biliklərinin
yoxlanılmasında iştirak edir və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri
rəsmiləşdirir;
Müvafiq
sahədə baş vermiş enerji istehsalı və sistem operatorunun sabit işləməsinə
və enerji təchizatına təhlükə yaradan qəzaların araşdırılmasında iştirak
edir;
“Elektrik
və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə
hazırlıq işlərinin aparılması Qaydası”nın elektrik enerjisinəaid hissələrinin
tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
Agentliyin
səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə,
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq
inzibati xəta haqqında protokol tərtib edir;
Filialın
Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı
müvafiq sahədə icrası məcburi göstərişlər verir;
İş
bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların
uçotunu aparır;
Səlahiyyətlərinə
aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə
iştirak edir;
İş
bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən
edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;
Filialın
fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
Öz fəaliyyəti
barədə Filialın rəisinə hesabat verir;
Öz vəzifələrinin
icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
Əmək
müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər
Energetika,
elektroenergetika, istilik energetikası, elektrotexnika və
elektromexanika, yüksək gərginlik texnikası və fizikası,
elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali təhsil;
Müvafiq
sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Yaş həddi
25-45 aralığı;
Agentliyin
region filiallarına rotatsiyaya açıq olmalı;
Microsoft
Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
Rus
dilini bilməsi arzu olunandır;
Vətəndaşlarla
işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
İş şəraiti
Əmək
bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş
yeri: Regionlar üzrə
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
