Vakansiya haqqında
Ünvan: Dalğa Plaza
Vəzifə: Assistent
Əmək haqqı: 1,000 AZN
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
İstirahət günləri: Şənbə və Bazar
Vəzifə öhdəlikləri
• Ofisə gələn qonaqların nəzakətli və peşəkar şəkildə qarşılanması və yönləndirilməsi;
• Qonaqlara çay, kofe və digər içkilərin təqdim olunması;
• Daxil olan telefon zənglərinin cavablandırılması və müvafiq şəxslərə yönləndirilməsi;
• Şirkətin rəsmi elektron poçt ünvanına daxil olan məktubların qəbul edilməsi, cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
• Rəhbərin gündəlik işlərinin və tapşırıqlarının təşkilati baxımdan dəstəklənməsi;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, dəqiq və məsuliyyətlə icra edilməsi;
• Gələn və gedən yazışmaların, sənədlərin və digər məlumatların düzgün idarə olunması;
• Ofisdə gündəlik inzibati işlərin təşkilinə dəstək göstərilməsi;
• Görüşlərin və qonaq qəbulunun təşkilində iştirak edilməsi;
• Rəhbərliyin və şirkətin daxili məlumatlarının məxfiliyinin qorunması;
• Ofisin səliqəli və işgüzar mühitinin təmin edilməsinə nəzarət;
• Zəruri hallarda digər inzibati və təşkilati tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər
• Azərbaycan dili – yaxşı;
• İngilis dili – yaxşı;
• Rus dili – yaxşı;
• Səlis və düzgün ünsiyyət qurmaq bacarığı;
• MS Office proqramlarını, xüsusilə Word, Excel, Outlook və digər ofis proqramlarını yaxşı səviyyədə bilmək;
• Elektron poçtla işləmək və rəsmi yazışma aparmaq bacarığı;
• Yüksək nəzakət, təqdimat və ünsiyyət mədəniyyəti;
• Səliqəli, baxımlı və peşəkar görünüş;
• Təşkilatçılıq və operativ qərarvermə bacarığı;
• Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
• Eyni zamanda bir neçə tapşırığı prioritetləşdirərək idarə edə bilmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
• Məxfi məlumatlarla işləmə və konfidensiallığı qoruma bacarığı;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
