Vakansiya haqqında
İş yeri: Azərbaycan
İş rejimi: Tam ştat
Sahə: Enerji infrastrukturu / Elektrik ötürücü xətləri
Vəzifə haqqında
110
kV, 330 kV və 500 kV elektrik ötürücü xətlərinin tikintisi və layihələndirilməsi
üzrə təcrübəyə malik, beynəlxalq layihə standartlarını bilən keyfiyyətə nəzarət
mühəndisi axtarırıq.
Vəzifə öhdəlikləri
110
kV, 330 kV və 500 kV elektrik ötürücü xətlərinin tikinti-quraşdırma işlərinə
keyfiyyət nəzarəti;
Layihə
çertyojları, texniki spesifikasiyalar və beynəlxalq standartlara
uyğunluğun yoxlanılması;
Dayaqlar,
fundamentlər, keçiricilər, izolyatorlar və torpaqlama sistemlərinin
inspeksiyası;
ITP,
MIR, WIR, Method Statement və QA/QC sənədlərinin hazırlanması və izlənilməsi;
NCR
hesabatlarının hazırlanması və düzəldici tədbirlərin yoxlanılması;
Podratçı
işlərinin, sınaqların və təhvil sənədlərinin yoxlanılması;
Beynəlxalq
maliyyə institutlarının tələblərinə uyğun texniki hesabatlılıq.
Əsas kvalifikasiya tələbləri
Elektrik
mühəndisliyi, energetika və ya müvafiq sahə üzrə magistr dərəcəsi (mütləqdir);
110
kV, 330 kV və/və ya 500 kV ötürücü xətlərin layihələndirilməsi və
tikintisində praktiki təcrübə (mütləqdir);
WB,
ADB, EBRD, EIB və ya digər beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi
layihələrdə təcrübə (mütləqdir);
Enerji
ötürülməsi infrastrukturu üzrə minimum 5 il iş təcrübəsi;
ITP,
QA/QC, IEC, IEEE, EN və texniki inspeksiya prosedurları üzrə biliklər;
İngilis
dilində texniki sənədlərlə işləmək; MS Office və AutoCAD bacarığı.
Üstünlük veriləcək
FIDIC
müqavilələri və ISO 9001 üzrə biliklər;
Beynəlxalq
mühəndis nəzarəti komandalarında iş təcrübəsi.
Təklif edirik
İri
enerji infrastrukturu layihəsində iştirak;
Təcrübəyə
uyğun əməkhaqqı və peşəkar inkişaf imkanları
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
