Vakansiya haqqında
Klinika-butik qrupdaxili sağlamlıq və tibb müəssisələrində
keyfiyyət idarəetmə sistemlərinin qurulması, inkişaf etdirilməsi və davamlı təkmilləşdirilməsi
istiqamətində fəaliyyət göstərəcək “Keyfiyyətə Nəzarət və İdarəetmə üzrə
menecer” vəzifəsi üzrə namizəd axtarışındayıq.
Əsas vəzifə öhdəlikləri
Qrupdaxili
tibb və sağlamlıq müəssisələrində keyfiyyət idarəetmə sisteminin
qurulmasını, tətbiqini və davamlı inkişafını təşkil etmək;
Beynəlxalq
və yerli standartlara, normativ-hüquqi tələblərə və klinik protokollara
uyğun keyfiyyət siyasətləri, prosedurlar, təlimatlar və digər sənədlərin
hazırlanmasını və yenilənməsini koordinasiya etmək;
ISO
9001, ISO 7101, ISO 15189, ISO 13485 və digər aidiyyəti keyfiyyət
standartlarının tətbiqinə və tələblərinə uyğunluğun təmin edilməsinə nəzarət
etmək;
Tibbi
və inzibati proseslərin keyfiyyət göstəricilərini müəyyənləşdirmək,
KPI-ları formalaşdırmaq, monitorinq etmək və aylıq/rüblük hesabatlar
hazırlamaq;
İllik
keyfiyyət fəaliyyət planlarının hazırlanmasını və icrasını təşkil etmək;
Daxili
audit planlarını hazırlamaq, auditlərin keçirilməsini koordinasiya etmək,
nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək;
Uyğunsuzluqları,
klinik səhvləri, hadisələri və proseslərdə yaranan riskləri müəyyənləşdirmək,
Kök Səbəb Analizi (RCA) aparmaq və Düzəldici və Qarşısının Alınması Tədbirləri
(CAPA) üzrə tədbirlərin icrasını izləmək;
Pasiyent
təhlükəsizliyi, infeksion nəzarət, dərman təhlükəsizliyi və digər klinik
risklərin idarə olunması proseslərinə nəzarət etmək;
Tibbi
prosedurların, müalicə protokollarının və klinik proseslərin müəyyən
edilmiş keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirmək;
Laboratoriya
proseslərinin, tibbi cihazların və digər müvafiq tibbi xidmətlərin keyfiyyət
tələblərinə uyğunluğunun monitorinqində iştirak etmək;
Pasiyent
və qonaq məmnuniyyəti sorğularını, rəyləri və şikayətləri təhlil etmək,
xidmət keyfiyyətinin artırılması üzrə təkliflər hazırlamaq;
Struktur
bölmələrə keyfiyyət standartları və prosedurlar üzrə metodiki dəstək göstərmək
və əməkdaşlar üçün müvafiq təlimlərin təşkilini təmin etmək;
Akkreditasiya
və sertifikasiya proseslərinə hazırlıq işlərini, tələb olunan sənədləşmə və
koordinasiya proseslərini təşkil etmək;
Xarici
audit və yoxlamalar zamanı aidiyyəti bölmələrlə koordinasiyanı həyata
keçirmək və zəruri sənədlərin hazırlanmasını təmin etmək;
Yeni
xidmətlərin tətbiqi və mövcud xidmətlərdə dəyişikliklərin keyfiyyət və
pasiyent təhlükəsizliyinə təsirini qiymətləndirmək;
Elektron
keyfiyyət və tibbi informasiya sistemlərində sənədləşmənin düzgün
aparılmasına nəzarət etmək;
Keyfiyyət
üzrə audit nəticələri, şikayətlər, hadisə hesabatları, infeksiya göstəriciləri
və digər keyfiyyət məlumatlarının sistemləşdirilməsi və arxivləşdirilməsini
təmin etmək;
Səhiyyə
sahəsində qüvvədə olan qanunvericilik, Səhiyyə Nazirliyinin tələbləri,
normativ sənədlər və klinik standartlardakı dəyişiklikləri izləmək və
proseslərə tətbiqini təmin etmək.
Vəzifəyə dair tələblər
Tibb,
İctimai səhiyyə, Biologiya, Menecment və ya əlaqəli sahə üzrə ali təhsil;
Tibb və
ya səhiyyə müəssisələrinin idarəetməsi və keyfiyyət sahəsində minimum 5 il
iş təcrübəsi;
Keyfiyyət
idarəetmə sistemləri və səhiyyə standartları üzrə praktiki bilik və təcrübə;
ISO
9001, ISO 7101, ISO 15189, ISO 13485 standartları üzrə biliklər; müvafiq
sertifikatların olması üstünlükdür;
Akkreditasiya,
sertifikasiya və daxili audit prosesləri üzrə təcrübə;
Keyfiyyət
sənədlərinin — siyasət, prosedur, təlimat və digər sənədlərin
hazırlanması, tətbiqi və yenilənməsi üzrə təcrübə;
Klinik
və inzibati risklərin qiymətləndirilməsi, hadisələrin araşdırılması, RCA və
CAPA metodologiyaları üzrə bilik;
Pasiyent
təhlükəsizliyi, infeksion nəzarət, dərman təhlükəsizliyi və klinik proseslərin
keyfiyyətinə dair biliklər;
MS
Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı; elektron tibbi
informasiya sistemləri və QMS ilə işləmə təcrübəsi üstünlükdür;
Azərbaycan
dili – sərbəst; rus və ya ingilis dili – yaxşı səviyyədə; hər üç dil üzrə
bilik üstünlükdür.
Şəxsi
keyfiyyətlər və bacarıqlar
Güclü
analitik və sistemli düşünmə;
Yüksək
təşkilatçılıq və planlaşdırma bacarığı;
Detallara
diqqət və yüksək məsuliyyətlilik;
Effektiv
ünsiyyət və komandalararası koordinasiya bacarığı;
Problemlərin
müəyyənləşdirilməsi və effektiv həlli bacarığı;
Dəyişikliklərə
və yeni normativ tələblərə çevik uyğunlaşma;
Hesabatlılıq
və nəticəyönümlülük.
İş şəraiti
Əmək
haqqı: 2500 Azn
İş
günləri 6 günlük (6-cı gün qısaldılmış)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
