Vakansiya haqqında
Təsvir
Şirkətin
anbar fəaliyyətini və anbar komandasının işini planlaşdırmaq, təşkil etmək
və nəzarətdə saxlamaq.
Malların
qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışını müvafiq sənədlər və təsdiqlər
əsasında təmin etmək.
Anbar əməliyyatlarının
1C/ERP sistemində vaxtında və düzgün əks etdirilməsinə, fiziki qalıqlarla
uçot məlumatlarının uyğunluğuna nəzarət etmək.
Dövri
sayımların və inventarizasiyanın təşkilini, aşkar edilmiş fərqlərin səbəblərinin
araşdırılmasını və düzəldici tədbirlərin icrasını təmin etmək.
Anbar
sahələrindən səmərəli istifadəni, təhlükəsiz saxlama şəraitini və əməyin təhlükəsizliyi
(SƏTƏM) tələblərinə riayət olunmasını təmin etmək.
Hərəkətsiz,
zəif dövriyyəli və yararlılıq müddəti yaxınlaşan ehtiyatları izləmək,
aidiyyəti bölmələrlə tədbirlər hazırlamaq və rəhbərliyə hesabat təqdim etmək.
Tələblər
Təhsil:
Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat zəncirinin idarəedilməsi və
ya digər uyğun ixtisaslar).
Təcrübə:
Anbar və ya logistika sahəsində 10 il iş təcrübəsi.
İT üzrə
biliklər: MS Office və 1C Enterprise proqramı üzrə biliklər.
Texniki bacarıqlar
Anbar əməliyyatlarının
təşkili və idarə edilməsi üzrə biliklər.
Malların
qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərini idarə etmək
bacarığı.
Anbar
uçotu, inventarizasiya və qalıqların uzlaşdırılması üzrə biliklər.
1C/ERP
sistemlərində əməliyyatların düzgün əks etdirilməsi bacarığı.
Anbar
sənədləşməsi və sənəd dövriyyəsi qaydalarını bilmək.
Əməyin
mühafizəsi və təhlükəsizlik tələbləri üzrə biliklər.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar
təminatı
Könüllü
tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
Servislə
təmin olunur
Təlim
dəstəyi
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
