Vakansiya haqqında
Peşəkar komandanın bir parçası
olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi
komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Əməyin
mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyin, normativ hüquqi
aktların və daxili prosedurların tələblərinə riayət olunmasına nəzarət etmək;
İş
qəzası, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması
üzrə qabaqlayıcı tədbirlər hazırlamaq və icrasını izləmək;
İşçilər
üçün əməyin mühafizəsi, texniki təhlükəsizlik və ilkin təhlükəsizlik təlimatlandırmalarını
təşkil etmək, müvafiq qeydiyyat sənədlərini aparmaq;
İş
yerlində fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına və təhlükəsizlik
tələblərinə əməl edilməsinə nəzarət etmək;
Müəssisənin
struktur bölmələrində təhlükəsizlik vəziyyətinin monitorinqini aparmaq,
aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər
hazırlamaq;
Mülki
müdafiə üzrə tədbirlərin, müvafiq planların və fövqəladə hallara hazırlıq
tədbirlərinin hazırlanmasında və icrasında iştirak etmək;
Yanğın,
qəza, təbii fəlakət və digər fövqəladə hallar zamanı davranış qaydaları
üzrə maarifləndirmə və praktiki təlimlərin təşkilində iştirak etmək;
Təxliyə
planlarının, xəbərdarlıq və operativ məlumatlandırma tədbirlərinin
hazırlanmasına və aktuallığının qorunmasına dəstək göstərmək;
Fövqəladə
hallar zamanı istifadə edilən mühafizə vasitələrinin, ilkin yardım ləvazimatlarının
və digər müvafiq avadanlıqların vəziyyətinə nəzarətdə iştirak etmək;
Əməyin
mühafizəsi və mülki müdafiə üzrə hesabatları, aktları, jurnalları və digər
sənədləri hazırlamaq və müvafiq qaydada qeydiyyatını aparmaq;
Aidiyyəti
dövlət qurumları və müəssisənin struktur bölmələri ilə müvafiq istiqamətlər
üzrə koordinasiyanı təmin etmək.
Namizədə tələblər:
Əməyin
mühafizəsi, texniki təhlükəsizlik, mülki müdafiə, mühəndislik və ya əlaqəli
sahələr üzrə ali təhsil;
Müvafiq
sahə üzrə ən azı 2 il iş təcrübəs (dövlət müəssisələrində iş təcrübəsi
üstünlükdür);
ISO
45001 Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi üzrə biliklər;
Əməyin
mühafizəsi, texniki təhlükəsizlik və ya mülki müdafiə üzrə əlavə təlim və
sertifikatların olması üstünlükdür;
Azərbaycan
Respublikasının əməyin mühafizəsi, əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi
və mülki müdafiə sahələrini tənzimləyən normativ hüquqi aktları barədə
biliklər;
Peşə
risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risklərin
azaldılması tədbirlərinin hazırlanması üzrə biliklər;
Təhlükəsizlik
təlimatlarının, müvafiq planların, aktların və hesabatların hazırlanması
bacarığı;
Fövqəladə
hallara hazırlıq, təxliyə tədbirləri və təhlükəsizlik təlimlərinin təşkili
barədə biliklər;
MS
Office proqramları, xüsusilə Word və Excel üzrə işləmək bacarığı;
Analitik
düşünmə, məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı;
Komandada
işləmək, ünsiyyət qurmaq və əməkdaşlarla effektiv koordinasiya aparmaq
bacarığı.
İş rejimi:
5
günlük iş qrafiki
İş
saatı 09:00-18:00-dək
Ünvan:
N.Nərminanov rayonu Əhməd Rəcəbli 1/3.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
