Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Aku dünyası MMC

Korporativ Satış Təmsilçisi

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi İş yeri: Bakı şəhəri. İş qrafiki: Bazar ertəsi–Şənbə, 09:00–18:00 (Şənbə qısa iş günü) Son müraciət tarixi: 25 noyabr 2026 Şirkətimiz korporativ satış komandasını gücləndirmək məqsədilə nəticəyönümlü və təcrübəli B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi axtarır. Biz nə təklif edirik? -Peşəkar və inkişafyönümlü iş mühiti; -Sabit əməkhaqqı + nəticələrə əsaslanan bonus sistemi; -Karyera və peşəkar inkişaf imkanları; -Dinamik və peşəkar komanda mühiti. Əməkhaqqı və bonus şərtləri namizədin təcrübə və kompetensiyalarına əsasən müəyyən edilir. Öhdəliklər; -Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi; -Müştəri ehtiyaclarının təhlili və uyğun məhsul/xidmətlərin təqdim edilməsi; -Kommersiya təkliflərinin, tender və RFQ/RFP sorğularının hazırlanması; -Satış və müqavilə danışıqlarının aparılması; -Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı iş; -Satış planlarının və KPI-ların icrası; -Sifariş və satış sonrası proseslərin izlənilməsi; -Bazar və rəqib analizlərinin aparılması; -CRM/1C sistemlərində iş və müntəzəm satış hesabatlarının hazırlanması. Tələblər: -Minimum 3 il B2B/korporativ satış təcrübəsi; -Avtomobil sektorunda, xüsusilə akkumulyator, motor yağı və sürtgü materialları üzrə satış təcrübəsi üstünlükdür; -Güclü danışıqlar, təqdimat və müştəri münasibətlərinin idarə edilməsi bacarığı; -MS Excel, PowerPoint, 1C və CRM üzrə iş təcrübəsi; -Analitik düşüncə, planlama və nəticəyönümlülük; -Azərbaycan və rus dillərində səlis danışıq və yazılı ünsiyyət. İngilis dili və ali təhsil üstünlükdür; -Məsuliyyətli, təşəbbüskar və komandada işləmə bacarığı. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.