Vakansiya haqqında
Əsas vəzifələr
Şirkətdə
gündəlik və dövri satınalma ehtiyaclarını müəyyən etmək, müvafiq şöbələrdən
daxil olan sifarişləri toplamaq və planlaşdırmaq;
Qida məhsulları,
içkilər, qablaşdırma materialları, təsərrüfat malları və digər zəruri məhsullar
üzrə satınalma prosesini təşkil etmək;
Məhsulların
tələb olunan keyfiyyət, miqdar və çeşiddə, razılaşdırılmış müddətdə
çatdırılmasını təmin etmək;
Mövcud
təchizatçılarla işgüzar əlaqələri qorumaq, yeni təchizatçıların
araşdırılmasını və seçilməsini həyata keçirmək;
Təchizatçılardan
kommersiya təklifləri almaq, qiymətləri, keyfiyyəti, ödəniş və çatdırılma
şərtlərini müqayisə etmək;
Qiymət
və müqavilə şərtləri üzrə danışıqlar aparmaq, şirkət üçün daha sərfəli
satınalma şərtlərinin əldə edilməsinə çalışmaq;
Satınalma
sifarişlərini hazırlamaq, təsdiq prosesini izləmək və sifarişlərin icra vəziyyətinə
nəzarət etmək;
Çatdırılma
zamanı məhsulların sifarişə uyğunluğunu, son istifadə tarixlərini və tələb
olunan keyfiyyət göstəricilərini aidiyyəti əməkdaşlarla koordinasiya etmək;
Məhsul
çatışmazlığı, gecikmə, keyfiyyət uyğunsuzluğu və digər təchizat problemlərini
vaxtında müəyyən etmək və həlli üçün tədbirlər görmək;
Anbar
və restoran komandaları ilə əməkdaşlıq edərək qalıqlar, istehlak həcmi və
yenidən sifariş ehtiyacları barədə məlumatları nəzərə almaq;
Satınalma
xərclərini izləmək, qiymət dəyişikliklərini təhlil etmək və xərclərin
optimallaşdırılması üzrə təkliflər vermək
Namizədə tələblər
Satınalma
sahəsində 1 il iş təcrübəsi (Restoran və qida sektorunda təcrübə
üstünlükdür)
Şirkətlər
ilə danışıqlar aparmaq və qiymət təhlili bacarığı;
MS
Excel və MS Office proqramları ilə işləmək bacarığı;
Rus
dili mütləqdir
Sənədləşmə
və hesabatların hazırlanması üzrə diqqətlilik;
Məsuliyyətlilik,
dəqiqlik və komanda ilə işləmək bacarığı.
İş şərtləri
İş
yeri: Bakı şəhəri
Nahar
şirkət tərəfindən təmin edilir
Əmək
haqqı: 900-1000 Azn
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
