Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Bankın
mövcud internet bankçılıq xidmətinin funksional və texniki baxımdan ətraflı
təhlilini aparmaq.
Mövcud
internet bankçılıq xidmətində istifadə olunan servisləri, onların iş
prinsiplərini, asılılıqlarını və inteqrasiya mexanizmlərini araşdırmaq.
Servislərə
göndərilən sorğuların (request) strukturunu, tələb olunan input parametrlərini,
məlumat formatlarını və cavabların (response) strukturunu təhlil etmək.
Servislərin
uğurlu icrası zamanı əldə edilən request və response nümunələrini
toplamaq, təhlil etmək və texniki sənədləşdirməsini həyata keçirmək.
Servislərin
funksional davranışını, biznes məntiqini, məlumat axınlarını və mümkün xəta
ssenarilərini müəyyənləşdirmək və sənədləşdirmək.
Mövcud
internet bankçılıq xidmətinin təhlili əsasında yenilənəcək sistem üçün
funksional tələbləri və texniki spesifikasiyaları hazırlamaq.
Yeni
internet bankçılıq xidmətinin hazırlanması prosesində biznes, texniki və
proqram təminatının hazırlanması komandaları arasında koordinasiyanı təmin
etmək.
Hazırlanmış
funksionallıqlar üzrə test ssenarilərini və test case-ləri tərtib etmək,
funksional testləri icra etmək.
Sistemin
gözlənilən nəticələrə uyğun işləməsini yoxlamaq, aşkar edilmiş
uyğunsuzluqları və xətaları sənədləşdirmək.
Aşkar
edilmiş problemləri aidiyyəti üzrə texniki komandalara yönləndirmək,
onların aradan qaldırılmasını izləmək və təkrar testləri həyata keçirmək.
Funksional
tələblərin, texniki sənədlərin və test nəticələrinin aktuallığını təmin
etmək, zəruri hallarda sənədləri yeniləmək.
Yeni
sistemin funksionallıqlarının mövcud sistemin biznes məntiqinə və bankın
daxili tələblərinə uyğunluğunu yoxlamaq.
İlkin mərhələdə hazırlanacaq aşağıdakı funksionallıqlar üzrə
tələblərin təhlilini və test prosesini həyata keçirmək:
Login
və autentifikasiya
Hesabların
görüntülənməsi və izlənilməsi
Pul
köçürmələri (transferlər)
Əməliyyatların
təsdiqlənməsi
Əsas tələb olunan bilik və bacarıqlar
Biznes
analizi və funksional tələblərin hazırlanması üzrə biliklər.
REST
API və HTTP protokolları, request/response strukturları ilə işləmək
bacarığı.
JSON və
XML məlumat formatları üzrə biliklər.
Postman
və ya oxşar API test alətlərindən istifadə təcrübəsi.
API sənədləşdirilməsi
və texniki spesifikasiyaların hazırlanması bacarığı.
Test
ssenarilərinin və test case-lərin hazırlanması, funksional testlərin
icrası üzrə biliklər.
SQL və
verilənlər bazası sorğuları üzrə biliklərin olması üstünlükdür.
Bank məhsulları,
internet bankçılıq və maliyyə əməliyyatları üzrə təcrübə üstünlükdür.
Analitik
düşünmə, detallara diqqət və texniki komandalarla effektiv kommunikasiya
bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
