Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
İcarəyə
veriləcək malların (beton qəliblər və əlaqəli avadanlıq) qəbulu və sistemə
daxil edilməsi
Anbardan
çıxışı zamanı malların uçota alınması və yola salınmasının təşkili
Malların
göndərildiyi tikinti/layihə ərazisində fiziki təhvil-təslim prosesində
bilavasitə iştirak
Təhvil-təslim
(TT) zamanı bütün müşayiət sənədlərinin (qaimə, akt və s.) düzgün tərtib
olunmasına, imza və möhürlənməsinə nəzarət
Kirayə
müddəti bitdikdən sonra malların geri qaytarılması prosesinin təşkili və
uçota alınması
Bütün
sənədlərin vaxtında mühasibatlığa ötürülməsi
Anbarda
mal qalığının davamlı uçotu və inventarizasiyada iştirak
Namizədə tələblər:
Anbar
uçotu sahəsində təcrübə (tikinti/təchizat sahəsində təcrübə üstünlükdür)
Sənədləşmə
və uçot proqramları ilə iş bacarığı
Sürücülük
vəsiqəsi üstünlükdür (layihə ərazilərinə ezamiyyət tələb oluna bilər)
Rus
dili mütləq
Məsuliyyətlilik,
dəqiqlik, komanda ilə işləmək bacarığı
İş yeri: Bakı, iş zərurətindən asılı olaraq tikinti/layihə ərazilərinə
ezamiyyət (bakıda)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
