Vakansiya haqqında
Vəzifənin təsviri:
Namizəd
həm korporativ satış funksiyasını yerinə yetirəcək, həm də iş prosesində qəliblərin
quraşdırılması, sökülməsi və texniki tətbiqi üzrə təlim alaraq məhsul üzrə
dərin texniki bilik qazanacaq. Bu profil (satış + texniki tətbiq bilgisi)
Azərbaycan bazarı üçün nisbətən yeni formatdır və namizədə uzunmüddətli
perspektiv təqdim edir.
Əsas vəzifə öhdəlikləri:
Tikinti
və layihə sektorunda potensial korporativ müştərilərin axtarışı və əlaqələrin
qurulması
Rəhbərliyin
tapşırıqları əsasında müştəri görüşlərində iştirak və danışıqların
aparılması
Əməkdaşlıq
potensialı olan şəxs və şirkətlərin müəyyən edilməsi və cəlb edilməsi
Kommersiya
təkliflərinin hazırlanması, təqdim edilməsi və izlənməsi (follow-up)
Müqavilə
şərtlərinin razılaşdırılması və sənədləşmə prosesində iştirak
Qəliblərin
(formwork) texniki xüsusiyyətlərinin, quraşdırılma və sökülmə qaydalarının
öyrənilməsi — məhsul üzrə təlimlərdə iştirak
Müştərilərə
məhsulun texniki tətbiqi barədə ilkin məsləhətin verilməsi
Bazar
və rəqib fəaliyyəti barədə məlumatların toplanması və rəhbərliyə hesabat
verilməsi
Namizədə tələblər:
Yüksək
satış bacarığı və danışıqlar aparma qabiliyyəti
Tikinti/layihə
sektorunda real müştəri bazasının olması mütləqdir
Rus
dili mütləq
Texniki
mövzuları öyrənməyə açıq olmaq, öyrənmə qabiliyyəti
Nəticəyönümlülük,
təşəbbüskarlıq, komanda ilə işləmək bacarığı
İş yeri: Bakı ofisi, (əlavə olaraq görüşlər və tikinti/layihə
ərazilərinə ezamiyyət bakıda)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
