Vakansiya haqqında
Hazırda şirkətimizə SƏTƏM Nəzarətçisi tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan
şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
Texniki
sahə üzrə ali təhsil.
Sağlamlıq
və əməyin təhlükəsizliyi sahəsində ən azı 5 il iş təcrübəsi; sənaye müəssisələrində
və komanda idarəetməsi təcrübəsinin olması üstünlükdür.
Azərbaycanın
əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qanunvericiliyi, həmçinin
ISO 45001 standartı üzrə biliklər.
Risklərin
qiymətləndirilməsi, PTW, LOTO, hadisələrin təhqiqatı və kök səbəb təhlili
üzrə biliklər.
Fövqəladə
hallara hazırlıq və yanğın təhlükəsizliyi üzrə biliklər; sement
istehsalının təhlükəsizlik riskləri üzrə biliklər üstünlükdür.
Liderlik,
analitik düşünmə, qərarvermə, effektiv ünsiyyət və komanda işi
bacarıqları.
İşgüzar
səviyyədə ingilis dili biliyi və MS Office proqramlarında işləmək
bacarığı.
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Qanunvericilik,
ISO 45001 və korporativ SƏTƏM tələblərinə uyğunluğu qiymətləndirmək, tədbirlərin
icrasına nəzarət etmək.
SƏTƏM
komandasının işini planlaşdırmaq, tapşırıqları koordinasiya etmək və
komanda üzvlərinin inkişafını dəstəkləmək.
SƏTƏM
siyasəti, prosedur və təlimatlarının hazırlanmasını koordinasiya etmək, məqsəd
və hədəflərin müəyyən edilməsində iştirak etmək.
Planlı
və növbədənkənar SƏTƏM yoxlamalarını təşkil etmək, uyğunsuzluqların aradan
qaldırılmasına nəzarət etmək.
Təhlükələrin
müəyyən edilməsi və risklərin qiymətləndirilməsini koordinasiya etmək, nəzarət
tədbirlərinin effektivliyini qiymətləndirmək.
Yüksək
riskli işlərin (hündürlükdə, qapalı sahələrdə, isti işlər, yükqaldırma,
elektrik işləri) PTW və LOTO tələblərinə uyğun aparılmasına nəzarət etmək.
İşçilər,
podratçılar və ziyarətçilər üçün SƏTƏM təlimləri və maarifləndirmə tədbirləri
təşkil etmək.
Bədbəxt
hadisə, xəsarət və az-qala hadisələrin araşdırılmasını koordinasiya etmək,
düzəldici tədbirlərin icrasına nəzarət etmək.
Podratçıların
SƏTƏM göstəricilərini izləmək və müqavilə öhdəliklərinə uyğunluğunu qiymətləndirmək.
Yanğın
təhlükəsizliyi tələblərinə və yanğından mühafizə sistemlərinin
yoxlanılmasına nəzarət etmək.
Fövqəladə
hallara hazırlıq, təxliyə planları və təlim-məşqlərin təşkilini
koordinasiya etmək.
Törəmə
müəssisələrdə korporativ SƏTƏM tələblərinin tətbiqini koordinasiya etmək,
məsul şəxslərə metodiki dəstək göstərmək.
Daxili
və xarici auditlərə, dövlət yoxlamalarına hazırlığı koordinasiya etmək.
SƏTƏM
üzrə əsas performans göstəricilərini,yoxlama nəticələrini təhlil etmək, rəhbərliyə
dövri hesabatlar təqdim etmək.
Təhlükəsizlik
mədəniyyətinin inkişafını və işçilərin SƏTƏM məsələlərində iştirakını təşviq
etmək.
Biz nə təklif edirik:
Könüllü
tibbi sığorta
Servis
avtobusu
Şəxsi
və peşəkar inkişaf imkanları
İşçi
rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi
mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər
imtiyazlar
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
