Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İşin xarakteri: Bu vakansiya 4-5 ay müddətinə nəzərdə
tutulub və daimi xarakter daşımır, xidməti müqavilə olacaq.
Tələblər
Memarlıq
mühəndisliyi, inşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Building
envelope sistemləri, şüşə və alüminium fasad mühəndisliyi, fasadlar üçün
struktur yük hesablamaları, istilik və su izolyasiyası detalları, yerli və
beynəlxalq tikinti normaları (ASTM, EN, BS)
Fasad
mühəndisliyi və obyektdə quraşdırma nəzarəti sahəsində ən azı 5 il müvafiq
təcrübə (kommersiya, yaşayış, otel təyinatlı tikinti layihələrində)
AutoCAD,
MS Office və struktur/fasad analiz proqramlarını (məs., Strand7, RFEM və
ya oxşarı) yaxşı bilmək
Fasad
materiallarının sınaqdan keçirilməsi, struktur mühəndisliyinin əsasları və
mürəkkəb memarlıq detallaşdırılması üzrə dərin anlayış
Güclü
obyekt yoxlama bacarıqları və subpodratçılar və məsləhətçilərlə texniki
müzakirələri idarə edə bilmək
Fasadın
texniki detallaşdırılması və struktur analizin dəqiqliyi
Vaxtın
idarə edilməsi
Komanda
işi və effektiv ünsiyyət
Əsas vəzifə öhdəlikləri
Fasad
sistemləri (pərdə divarları, struktur şüşələmə, üzlük və dam pəncərələri)
üçün texniki layihə cizgilərini, hesablamaları və spesifikasiyaları
hazırlamaq, yoxlamaq və qiymətləndirmək
Fasad
elementlərinin obyektdə quraşdırılmasını, struktur möhkəmliyini, su keçirməzliyini
və istilik göstəricilərini layihə standartlarına uyğunluq baxımından
yoxlamaq
Texniki
fasad qovşaqlarını və layihə uyğunsuzluqlarını həll etmək üçün obyekt
memarları, struktur mühəndisləri və podratçılarla sıx əlaqə saxlamaq
Podratçıların
təqdimatlarını (submittals), material nümunələrini, istehsal (shop) cizgilərini
və maket (mock-up) test nəticələrini nəzərdən keçirmək
Obyektdə
keyfiyyətə nəzarət (QA/QC) yoxlamaları aparmaq və ətraflı texniki yoxlama
hesabatları hazırlamaq
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
