Vakansiya haqqında
Əsas Tələblər:
Təhsil:
Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə);
İş təcrübəsi:
Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
Sertifikatlar:
PMS (Peşəkar Mühasib Sertifikatı) və ACCA F3 (Financial Accounting)
sertifikatlarının olması mütləqdir (ACCA F7 arzuolunandır);
Proqram
bilikləri: 1C proqramını əla səviyyədə bilmək, MS Excel proqramı ilə mükəmməl
işləmək bacarığı;
Şəxsi
keyfiyyətlər: Tapşırıqların icrasında yüksək dəqiqlik, məsuliyyətlilik,
etibarlılıq və konfidensiallığın qorunması.
Vəzifə Öhdəlikləri:
İlkin
mühasibat sənədlərinin, e-qaimələrin və elektron vergi
hesab-fakturalarının düzgün tərtib edilməsi və 1C proqramına vaxtında
daxil edilməsi;
Bank
köçürmələrinin (yerli və xarici), kassa əməliyyatlarının icra olunması və
gündəlik uçotunun aparılması;
Debitor
və kreditorlarla qarşılıqlı hesablaşmalara nəzarət edilməsi, üzləşmə
aktlarının tərtibi və bağlanması;
Aylıq,
rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
Daxili
maliyyə nəzarətinin gücləndirilməsi, maliyyə risklərinin müəyyən edilməsi
və uyğunsuzluqların aradan qaldırılması;
Rəhbərliyə
maliyyə vəziyyəti, gəlir və xərclər, debitor-kreditor borcları və digər
maliyyə göstəriciləri barədə məlumatların təqdim edilməsi;
Vergi,
DSMF, Statistika hesabatlarının hazırlanması;
Material
və mal qalıqlarının, anbar hərəkətlərinin 1C proqramında dəqiq uçotunun
aparılması və dövri inventarizasiyada iştirak;
Əlavə məlumat:
Əmək
haqqı: 1500 - 1800 AZN;
İş
vaxtı: 09:00 - 18:00;
İstirahət
günləri: Şənbə və bazar;
Peşəkar
komandada inkişaf və karyera imkanları
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
