Vakansiya haqqında
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi –
Cümə)
Tələblər:
Ali və
ya orta ixtisas təhsil səviyyəsi
Təhlükəsizlik
sahəsində və ya müşahidə kameraları ilə işləmək sahəsində minimum 1 il iş
təcrübəsi;
Yüksək
diqqətlilik və məsuliyyət hissi;
Müşahidə
qeydlərini dəqiq və sistemli şəkildə aparmaq bacarığı;
Komanda
ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Kompüter
bilikləri (əsas ofis proqramlarında işləmə bacarığı) arzuolunandır;
Öhdəliklər:
Məktəbin
bütün müşahidə kameralarının fasiləsiz və düzgün işləməsinə nəzarət etmək.
Kameralar
vasitəsilə kompleksin giriş-çıxış qapılarını, daxili ərazilərini və
perimetrini daimi izləmək.
Şübhəli
hərəkət, intizam pozuntusu və ya təhlükə halları aşkar edildikdə dərhal
növbə rəisinə və ya gözətçilərin koordinatoruna məlumat vermək.
Gündəlik
müşahidə və nasazlıq qeydlərini müvafiq jurnalda qeyd etmək.
Şagirdlərin,
heyətin və qonaqların təhlükəsizliyinin təmin olunmasına kamera müşahidəsi
vasitəsilə dəstək vermək.
Kamera
otağında konfidensiallıq və etik davranış prinsiplərinə ciddi riayət etmək.
Gözətçilərin
koordinatoru tərəfindən verilən aidiyyəti digər tapşırıqları yerinə yetirmək
(məsələn: video yazılışlara baxmaq, baş vermiş hadisələri kameralardan
araşdırmaq, itirilmiş əşyaların tapılmasına kömək göstərmək).
Biz təklif edirik:
Rəqabətədavamlı
əməkhaqqı
Məktəbin
yeməkxanasında nahar imkanı
Ödənişsiz
dayanacaq yeri ilə təmin olunma
Əməkdaşın
övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
