Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azera Holding

Aparıcı Mühasib

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş haqqında AZERA Holding-in tərkibində fəaliyyət göstərən “Kraun Ko-R” MMC komandasına peşəkar və məsuliyyətli Aparıcı Mühasib axtarır. Əsas vəzifələr: Maliyyə uçotunun qanunvericiliyə və mühasibat standartlarına uyğun aparılması; Vergi və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi; İstehsal xərclərinin uçotunun aparılması və təhlili; Büdcənin hazırlanması, icrasına nəzarət və maliyyə planlaşdırılmasının həyata keçirilməsi; Dövri maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; Maliyyə göstəricilərinin təhlili, gəlir və xərclərin monitorinqi; Pul vəsaitlərinin idarə olunması və bank əməliyyatlarının icrasına nəzarət; Mühasibat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi; Mühasibat uçotu üzrə daxili prosedurlara və normativ sənədlərə riayət edilməsi. Əmək haqqı: 1500 AZN Biz təklif edirik: Peşəkar inkişaf və karyera yüksəlişi imkanı; Korporativ iş mühiti; Stabil və uzunmüddətli əməkdaşlıq. Tələblər Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə ali təhsil; Aparıcı mühasib və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və maliyyə qanunvericiliyi üzrə biliklər; 1C proqramında sərbəst işləmək bacarığı; Microsoft Office, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək; Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı; Stress altında işləmək və qərarvermə bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.