Vakansiya haqqında
Baku TV “Montaj rejissoru” vakansiyası elan edir.
Dinamik, müasir vizual düşüncəyə, geniş dünyagörüşünə və
yaradıcı yanaşmaya malik uyğun namizədlər müraciət edə bilər.
Əsas tələblər:
Video
montaj sahəsində minimum 3–5 illik peşəkar iş təcrübəsi;
Televiziya
verilişləri üçün anonsların, xüsusi günlərə və əlamətdar hadisələrə həsr
olunmuş promo və imic çarxlarının kreativ üslubda hazırlanması bacarığı;
Müasir
vizual trendləri izləmək və onları yaradıcı iş prosesində tətbiq etmək
bacarığı;
Süni
intellekt (AI) alətlərindən istifadə edərək kreativ video kontent
hazırlamaq bacarığı;
Adobe
Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst və peşəkar səviyyədə
işləmək bacarığı;
Müstəqil
yaradıcı ideyalar irəli sürmək və onları konsepsiyadan yekun məhsula qədər
reallaşdırmaq bacarığı;
Komandada
işləmək, yaradıcı müzakirələrdə və ideya mübadiləsində aktiv iştirak etmək
Qeyd: Portfolio təqdim etmək mütləqdir. Televiziya
anonsları, promo və kreativ video çarxlar üzrə iş nümunələrinə üstünlük veriləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
