Vakansiya haqqında
Rahat Supermarketlər şəbəkəsi Vergi bölmə müdiri vəzifəsi
üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
Şirkətin
vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun təşkilinə və
aparılmasına nəzarət etmək;
ƏDV, mənfəət
vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin
düzgün hesablanmasını təmin etmək;
Vergi
bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanmasına,
yoxlanılmasına və vaxtında təqdim edilməsinə nəzarət etmək;
Vergi
orqanları ilə yazışmaları, sorğuların cavablandırılmasını və vergi
yoxlamaları üzrə prosesləri koordinasiya etmək;
Vergi
risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üçün
müvafiq tədbirlər görmək;
Satış,
qaytarma, endirim, kampaniya, bonus, back marja, konsiqnasiya,
inventarizasiya fərqləri, zayolma və silinmə əməliyyatlarının vergi
uçotuna nəzarət etmək;
İdxal əməliyyatları,
gömrük sənədləri və idxal ƏDV-si üzrə uçotun düzgün aparılmasını təmin etmək;
Elektron
qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS məlumatlarının
mühasibat uçotu göstəriciləri ilə üzləşdirilməsinə nəzarət etmək;
Vergi
uçotu ilə maliyyə uçotu arasındakı fərqləri təhlil etmək və müvafiq üzləşdirmələri
aparmaq;
Vergi
qanunvericiliyindəki dəyişiklikləri izləmək, onların şirkətin fəaliyyətinə
təsirini qiymətləndirmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
Vergi
proseslərinin təkmilləşdirilməsi, avtomatlaşdırılması və daxili nəzarət
mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
Vergi
bölməsinin əməkdaşlarının fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq
və işlərin keyfiyyətinə nəzarət etmək.
Namizədə tələblər
Cins:
Bəy və xanım namizədlər
Maliyyə,
mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
Vergi
və mühasibatlıq sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
Pərakəndə
satış sektorunda, xüsusilə çoxsaylı mağazaları olan şəbəkələrdə iş təcrübəsi;
Azərbaycan
Respublikasının vergi qanunvericiliyini və onun praktiki tətbiqini yüksək
səviyyədə bilmək;
ƏDV, mənfəət
vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin
hesablanması, bəyannamələrin hazırlanması və yoxlanılması üzrə praktiki təcrübə;
Pərakəndə
satış əməliyyatlarının vergi uçotu üzrə bilik və təcrübə;
İdxal əməliyyatları,
gömrük sənədləri və idxal ƏDV-sinin uçotu üzrə biliklər;
Elektron
qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS məlumatlarının
uçot göstəriciləri ilə üzləşdirilməsi üzrə təcrübə;
Kameral
və səyyar vergi yoxlamaları, vergi orqanlarının sorğularının
cavablandırılması və uyğunsuzluqların aradan qaldırılması üzrə praktiki təcrübə;
Vergi
risklərinin müəyyənləşdirilməsi və qanunvericilik çərçivəsində vergi
planlaşdırılması bacarığı;
ERP
sistemləri ilə iş təcrübəsi və MS Excel proqramını yüksək səviyyədə bilmək;
Komandanı
idarəetmə, iş bölgüsünün təşkili və hesabatların vaxtında təqdim edilməsinə
nəzarət bacarığı;
Analitik
düşüncə, detallara diqqət, yüksək məsuliyyət və məxfi məlumatlarla işləmək
bacarığı.
Əlavə üstünlüklər
Peşəkar
Mühasib Sertifikatı (PMS), ACCA və ya vergi sahəsi üzrə müvafiq
sertifikatların olması;
İri
vergiödəyiciləri və ya bir neçə hüquqi şəxsdən ibarət şirkətlər qrupu ilə
iş təcrübəsi;
Vergi
proseslərinin avtomatlaşdırılması və daxili nəzarət prosedurlarının
qurulması təcrübəsi.
İş şərtləri
İş
yeri: Rahat Supermarketlər şəbəkəsi
İş
qrafiki: 5 günlük iş həftəsi
Əmək
haqqı: Namizədin bilik və bacarıqları, peşəkar təcrübəsi və vəzifəyə
uyğunluğu nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
