Vakansiya haqqında
İş şəraiti
Layihə: Bahar
Residence
İş
rejimi: Həftə içi 5 gün, saat 08:00–17:00
Əmək
haqqı: 2000 AZN
Vəzifə öhdəlikləri:
Tikinti
sahəsində aparılan işlərin təsdiq olunmuş memarlıq layihələrinə, texniki şərtlərə
və tikinti normalarına uyğunluğuna gündəlik nəzarət etmək;
Layihə
sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları aşkar
etmək və aradan qaldırılması üçün texniki həllər hazırlamaq;
Sahədə
icrası mümkün olmayan və ya faktiki vəziyyətə uyğun gəlməyən layihə hissələrini
yenidən işləmək, düzəlişlər etmək və uyğunlaşdırmaq;
Tikinti
prosesində memarlıq işlərinin mütəmadi yoxlanılmasını həyata keçirmək,
aşkar edilmiş qüsurların aradan qaldırılmasına nəzarət etmək;
Memarlıq
və interyer həllərinin tikinti sahəsində düzgün tətbiqini təmin etmək;
Podratçı
və subpodratçıların yerinə yetirdiyi memarlıq və tamamlama işlərinin
keyfiyyətini və layihəyə uyğunluğunu yoxlamaq;
Memarlıq,
konstruksiya və MEP (mexanika, elektrik və santexnika) layihələri arasında
uyğunsuzluqları müəyyən etmək və əlaqələndirməni təmin etmək;
Sahədə
yaranan texniki sualları operativ cavablandırmaq, zəruri hallarda layihəçi
təşkilatlarla koordinasiya aparmaq;
Layihə
dəyişikliklərinin sənədləşdirilməsini və yenilənmiş çertyojların
hazırlanmasını təmin etmək;
Tikinti
işlərinin icra vəziyyəti və aşkar olunmuş uyğunsuzluqlar barədə mütəmadi
hesabatlar hazırlamaq;
Layihənin
memarlıq həllərinin optimallaşdırılması və texniki problemlərin aradan
qaldırılması üzrə təkliflər vermək.
Namizədə tələblər:
Memarlıq
ixtisası üzrə ali təhsil;
Memarlıq
və tikinti sahəsində minimum 4 il iş təcrübəsi;
Yaşayış
kompleksləri və çoxmərtəbəli binaların tikintisində iş təcrübəsi
üstünlükdür;
AutoCAD,
ArchiCAD və ya Revit proqramlarında peşəkar səviyyədə işləmə bacarığı
(vacibdir);
3D
modelləşdirmə və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər;
Memarlıq
işçi layihələrini, detalları və texniki çertyojları sərbəst oxumaq və
hazırlamaq bacarığı;
Tikinti
norma və qaydaları, materiallar və tikinti texnologiyaları üzrə biliklər;
Sahədə
ölçü götürmək, faktiki vəziyyəti layihə ilə müqayisə etmək və operativ
texniki həllər hazırlamaq bacarığı;
Podratçılar
və layihəçilərlə effektiv kommunikasiya qurmaq bacarığı;
Analitik
düşünmə, detallara diqqət və yüksək məsuliyyət hissi;
Komandada
işləmək və operativ qərarvermə bacarığı.
Təklif edirik:
Aylıq
sabit əmək haqqı: 2000 AZN;
Böyükmiqyaslı
yaşayış kompleksi layihəsində iştirak imkanı;
Peşəkar
və dinamik iş mühiti;
Karyera
və peşəkar inkişaf imkanları;
Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
