Vakansiya haqqında
Əsas vəzifələr
Anbardar
təyin olunduğu sayt/layihə anbarında mal-material ehtiyatlarının qəbulu,
saxlanması, uçotu və verilməsi üzrə gündəlik əməliyyatların düzgün və
vaxtında icrasına görə məsuliyyət daşıyır.
Vəzifənin
məqsədi anbarda olan ehtiyatların təhlükəsizliyini, dəqiq uçotunu və Baş
Anbardara qarşı hesabatlılığı təmin etməkdir.
Anbara
daxil olan mal-materialları müşayiət sənədləri (qaimə-faktura, TTN və s.)
ilə tutuşdurmaqla qəbul etmək və keyfiyyət/say uyğunluğunu
yoxlamaq.
Qəbul
olunmuş mal-materialları müəyyən olunmuş qaydada anbarda yerləşdirmək,
markalamaq və saxlama şəraitini təmin etmək.
Mal-materialların
anbardan sərəncam sənədləri (tələbnamə, akt və s.) əsasında verilməsini həyata
keçirmək.
Anbar
qalıqlarının 1C proqramında gündəlik və dəqiq uçotunu aparmaq.
Anbarda
mal-materialların hərəkəti üzrə ilkin uçot sənədlərini (mədaxil və məxaric
orderləri) tərtib etmək.
Dövri
və illik inventarizasiyalarda iştirak etmək, faktiki qalıqları sistem məlumatları
ilə tutuşdurmaq.
Anbarda
uyğunsuzluq (əskiklik, artıqlıq, zədə) aşkar edildikdə dərhal Baş
Anbardara məlumat vermək.
Anbardar
köməkçisinin və fəhlələrin gündəlik işini əlaqələndirmək və icrasına nəzarət
etmək.
Yükləmə-boşaltma
işlərinin təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək.
Anbar
sahəsində təmizliyə, səliqəyə və yanğın təhlükəsizliyi qaydalarına riayət
olunmasına nəzarət etmək.
Baş
Anbardarın tapşırığı ilə digər əlaqəli işləri yerinə yetirmək.
Tələblər:
Ali təhsil
İş təcrübəsi
tikinti sahəsində 1 il
Anbar
sənədləşməsi (mədaxil-məxaric orderləri, tələbnamələr) üzrə bilik
1C
proqramında anbar modulu üzrə iş bacarığıTəmkinli və səbirli olması
vacibdir.
Stressə
davamlılıq, dəqiqlik,
Bəy
Namizədlər
Əlavə qeyd
Əmək
haqqı işçinin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.
İş
yeri: Bayıl, Xanlar küçəsi 10,
Həftə
içi 5 gün, 09:00-18:00
Tikinti sahəsində təcrübəsi olması mütləqdir. Digər cv-lər qəbul
edilməyəcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
