Vakansiya haqqında
İş haqqında:
Azroksan
şirkəti istehsal planlarına uyğun olaraq kompozit hissələrin və komponentlərin
istehsalı, emalı və yığılması proseslərinin tələb olunan keyfiyyət
standartlarına, texniki tələblərə və müəyyən edilmiş müddətlərə uyğun şəkildə
icrasını təmin edəcək Kompozit İstehsalı Texniki axtarır. Kompozit
İstehsalı Texniki istehsal proseslərində istifadə olunan avadanlıq və alətlərin
düzgün istismarına, istehsal sənədlərinin aparılmasına və iş mühitinin təhlükəsiz,
nizamlı saxlanılmasına cavabdehdir.
Əsas vəzifələr:
İstehsal
planlarında müəyyən edilmiş kompozit hissələrin istehsalı, emalı və
yığılması işlərini tələb olunan keyfiyyətdə və müəyyən edilmiş müddətlərdə
yerinə yetirmək;
Kompozit
materialların hazırlanması, qəliblənməsi, kəsilməsi, emalı, yığılması və
digər istehsal proseslərini müəssisədaxili prosedur və təlimatlara uyğun
icra etmək;
İstehsal
proseslərində istifadə olunan alət, avadanlıq, ölçü vasitələri və digər
texniki vasitələrin düzgün istifadəsini təmin etmək və onların saz vəziyyətdə
saxlanılmasına nəzarət etmək;
İstehsal
sənədlərini, əməliyyat kartlarını və digər aidiyyəti qeydləri düzgün və
vaxtında doldurmaq;
İstehsalat
avadanlıqlarının gündəlik texniki baxış və xidmət işlərini yerinə yetirmək,
müvafiq texniki xidmət sənədlərini doldurmaq;
İstehsal
zamanı keyfiyyət tələblərinə və texniki spesifikasiyalara riayət etmək;
İş
yerinin təmiz, səliqəli və təhlükəsizlik qaydalarına uyğun vəziyyətdə
saxlanılmasını təmin etmək;
Görülmüş
işlər üzrə gündəlik hesabat və əmək vaxtı qeydlərini aparmaq;
Əməyin
mühafizəsi, sənaye təhlükəsizliyi və daxili qaydalara riayət etmək.
Tələblər:
Kimya
ixtisası üzrə ali təhsil;
İstehsalat
və ya texniki sahədə iş təcrübəsi arzuolunandır;
Texniki
çertyojları və istehsal sənədlərini oxumaq bacarığı;
Ölçü
alətləri və istehsal avadanlıqları ilə işləmək bacarığı;
Keyfiyyət
standartları və istehsal prosesləri barədə ümumi biliklər;
Məsuliyyətlilik,
dəqiqlik və komandada işləmək bacarığı;
Təhlükəsizlik
qaydalarına ciddi riayət etmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
