Vakansiya haqqında
Təsvir
İş
yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
İş
yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil
etmək.
Bədbəxt
hadisələrin təhqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək.
Şöbə
müdirinin,dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi,nəzarət
nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlər
həyata keçirmək.
İş
yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici
və s.) və lövhələrin siyahısını tərtib etmək.
Əməyin
təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq
olunmuş proqram üzrə işçilərə təlimlər keçmək;
Qurğu
və avadanlıqların vaxtaşırı sınaqlarının, qoruyucu və fərdi mühafizə vasitələrinə,
qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;
İşçilər
və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik
qaydalarına əməl edilməsinə nəzarət etmək;
Müəssisədə
istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik
və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşdirmənin düzgün
aparılmasına nəzarət etmək;
İstehsalat
sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin
alınması üçün tələbnamə tərtib etmək;
İşçilərin
fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə
olunmasına nəzarət etmək.
Struktur
rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək,
təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
İş qrafiki: 5 günlük, 09:00-18:00
Tələblər
Təhsil:
Ali (Əməyin mühafizəsi, Təhlükəsizlik mühəndisliyi, Ekologiya );
Təcrübə:
SƏTƏM sahəsinə ən azı 1 il iş təcrübəsi;(FMCG, retail, istehsalat və ya
logistika sahəsində təcrübənin olması üstünlükdür);
Əməyin
mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə normativ tələblər
haqqında bilik;
Əmək şəraitinin
və iş yerlərinin təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsi
bacarığı;
Risklərin
müəyyənləşdirilməsi, qiymətləndirilm`əsi və qarşısının alınması üzrə
bilik;
Təlimatlandırmaların
və təhlükəsizlik üzrə təlimlərin keçirilməsi bacarığı;
Hadisələrin,
qəza və insidentlərin araşdırılması və müvafiq hesabatların hazırlanması
bacarığı;
MS
Office, xüsusilə Excel proqramlarında işləmə bacarığı;
Komanda
ilə işləmək və kommunikasiya bacarığı;
İşə məsuliyyətli
və diqqətli yanaşma;
Şəxsi
Avtomobil (Mütləq)
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar
şirkət tərəfindən təmin edilir.
korporativ
nömrə ilə təmin olunur
Yanacaq
və Amortizasiya xərcləri
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
