Vakansiya haqqında
Struktur bölməsi: Müvafiq kafedra
Bilavasitə tabe olduğu şəxs: Müvafiq kafedranın müdiri
Əmək funksiyası
Müvafiq
qaydalara uyğun olaraq fənni tədris etmək;
Tədris
etdiyi fənn (fənlər) üzrə tədris prosesində innovativ təlim
texnologiyalarından istifadə etmək, elektron tədris resurslarını yaratmaq;
Tələbələri
maarifləndirmək, onlarla təlim-tərbiyə işləri aparmaq;
Kafedra
iclaslarında mütəmadi olaraq iştirak etmək;
Tələbələrin
tədqiqat işlərinə istiqamət vermək;
Sillabusları,
illik işçi planlarını, imtahan biletlərini vaxtında hazırlamaq və kafedra
müdirinə təqdim etmək, imtahan cavablarını qiymətləndirmək;
Dekanlığın
müəyyən etdiyi vaxtlarda kollokviumların keçirilməsini təmin etmək;
Müvafiq
qaydalara uyğun olaraq tədris etdiyi fənn (fənlər) üzrə jurnallarda
qeydiyyatı düzgün və vaxtında aparmaq (tələbələrin davamiyyətinin
yoxlanılması və buna dair jurnalda müvafiq qeydlərin aparılması,
mövzuların sillabusa uyğun olaraq qeyd edilməsi, jurnalda düzəlişlərin
edilməməsi və onun səliqəli yazılması), dərs bitdikdən sonra jurnalı
aidiyyəti dekanlığa təhvil vermək;
Həftəlik
dərs günlərinin sayı miqdarında həftəlik imtahan nəzarətində iştirak etmək;
Tədris
etdiyi fənn (fənlər) üzrə tələbələrin müstəqil işlərini planlaşdırmaq və təşkil
etmək;
Tələbə
elmi-tədqiqat işlərinə rəhbərlik etmək;
Elmi-tədqiqat
işləri ilə məşğul olmaq, elmi konfranslarda və universitetin təşkil etdiyi
digər tədbirlərdə iştirak etmək;
Tədqiq
sahəsi üzrə ən azı bir respublika və ya beynəlxalq simpoziumlarda,
konfranslarda, müşavirələrdə real iştirak etmək və ən azı bir elmi
jurnalda məqalə çap etdirmək;
Elmi-tədqiqat
işlərinə və dissertasiyalara rəy vermək;
İstehsalat
təcrübəsinə rəhbərlik etmək;
Universiet
tərəfindən müəyyən olunmuş qaydada imtahanın gedişinə nəzarət
emək (imtahan nəzarətçisi);
İxtisasına
uyğun olaraq tədris etdiyi fənlərin mühazirələrini, proqramlarını, dərs vəsaitlərini,
metodiki işlərini hazırlamaq;
Tədris
ilinin yekununda fərdi və illik iş planı üzrə hesabat təqdim etmək;
Bilməlidir
Azərbaycan
Respublikasının təhsil qanunvericiliyini;
Ali təhsil
üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;
Tələbələrlə
işin təşkili (ünsiyyətin qurulması), tələbələrlə tərbiyə işinin
aparılmasını;
Vəzifə tələbləri:
Dil bilikləri:
Qeyd:
Xarici dil fənninin tədrisi, habelə xarici dildə tədris olunan fənlər
üçün müvafiq xarici dil səviyyəsi:
İngilis
dili -İELTS sertifikatı (ən azı 6,5 bal) və ya ingilis dili səviyyəsini müəyyən
edən beynəlxalq keyfiyyət sertifikatı;
Alman
dili - TEST DAF (ən azı 6 bal);
Fransız
dili -Test de Connaissance du Français (TCF) C2 (600-699 bal).
Elmi dərəcəsi olanlar üçün: Bir qayda olaraq ən azı 3 illik
elmi-pedaqoji stajı olan fəlsəfə doktorları (elmlər namizədləri).
Elmi dərəcəsi olmayanlar üçün: Ən azı 5 illik elmi-pedaqoji
stajı (yaxud müvafiq sahə üzrə istehsalat təcrübəsi), magistr dərəcəsi və çap
olunmuş elmi-metodiki işləri (məqalə, tezis, proqram) olan yüksək ixtisaslı mütəxəssislər.
Sertifikatlar:
Təhsil
sahəsində beynəlxalq keyfiyyət sertifikatı (arzuolunandır)
Kompüter bilikləri:
MS
ofis proqramları
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
