Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PJA MMC

Qida Təhlükəsizliyi və Keyfiyyət üzrə Menecer

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

İş qrafiki: Tam iş günü 5 günlük İş yeri: Şirkətin və Müştərilərin istehsalat sahələri və restoranları (zərurət yarandıqda digər obyektlərə ezamiyyətlər) Əsas funksional öhdəliklər və gündəlik tapşırıqlar: Sistem və Standartların Qurulması: Beynəlxalq qida təhlükəsizliyi standartlarına (HACCP, ISO 22000 və s.) uyğun olaraq istehsal proseslərinin qurulmasını, tətbiqini və optimizasiyasını təmin etmək; İstehsalat sahələrində vahid standartların, prosedurların (SOP) və HACCP üzrə kritik nəzarət nöqtələrinin monitorinq planlarının hazırlanmasını təşkil etmək; Xammalın qəbulundan son məhsulun təqdimatına qədər bütün mərhələlər üzrə keyfiyyət nəzarət sistemini qurmaq; İstehsal sahələrinin daha səmərəli istifadəsi, məhsuldarlığın artırılması və itkilərin azaldılması üzrə təkliflər hazırlamaq. Gündəlik Nəzarət və Monitorinq: İstehsalat sahələrində iş günü başlanğıcında sanitariya vəziyyətini, işçilərin şəxsi gigiyenasını, xüsusi geyim tələblərini və davamiyyəti yoxlamaq; Soyuducu, dondurucu və digər sahələrdə temperatur rejimlərini, nəzarət qeydlərini və qida təhlükəsizliyi göstəricilərini daimi izləmək; Xammal və yarımfabrikatların anbardan istehsalata FIFO/FEFO prinsiplərinə uyğun buraxılmasına, etiketlənməyə və partiya izləniləbilənliyinə nəzarət etmək; Məhsulların reseptura, texnoloji xəritə, çıxış norması, dad, görünüş, tekstura və təqdimat standartlarına uyğun hazırlanmasını izləmək; Çarpaz çirklənmə risklərini, allergen idarəetməsini və təmiz/çirkli axın ayrımını gündəlik yoxlamaq. Audit, Təlim və Dövlət Qurumları ilə İş: Mövcud proseslərin kompleks auditini (planlı və plansız yoxlamalar) təşkil etmək, riskləri müəyyən edərək inkişaf planları hazırlamaq; Xammal, yarımfabrikat və hazır məhsul üzrə keyfiyyət uyğunsuzluqları aşkar etdikdə dərhal müdaxilə etmək, məhsulu ayırmaq və düzəldici/qabaqlayıcı tədbirlər görmək; Restoran və istehsalat heyəti üçün qida təhlükəsizliyi və keyfiyyət standartları üzrə təlim proqramları hazırlamaq və keçirilməsini təmin etmək; Dövlət qurumları ilə qarşılıqlı əlaqəni təşkil etmək, yoxlamalar zamanı şirkəti və Müştəriləri təmsil edərək yoxlamaların uğurla keçməsini təmin etmək; Qida təhlükəsizliyi və keyfiyyət üzrə sənədləşmənin aparılmasını və normativ tələblərə uyğunluğunu təmin etmək. Namizədə dair tələblər: Təhsil: Qida mühəndisliyi, Kimya, Biologiya və ya aidiyyəti sahə üzrə ali təhsil; İş təcrübəsi: Qida sənayesi, istehsalat və ya iaşə (restoran) sektorunda Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sahəsində menecer olaraq ən azı 3-5 il iş təcrübəsi; Sertifikatlar: ISO 22000 və HACCP standartları üzrə sertifikatların olması mütləqdir; Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının qida təhlükəsizliyi sahəsindəki qanunvericilik aktlarını, AQTA (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) tələblərini və normativ-hüquqi sənədlərini mükəmməl bilmək; Şəxsi keyfiyyətlər: Yüksək liderlik, komanda idarəetməsi, operativ qərarvermə və funksional koordinasiya bacarıqları; risklərin analizi və problem həlletmə qabiliyyəti; Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilsi və Rus dili biliyi arzuolunandır Şirkət təklif edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilmə; Peşəkar komandada işləmək və karyera baxımından inkişaf imkanları; Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək).

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.